sheffaf.az
sheffaf.az

Millimizin rəqibində daha 3 futbolçu koronavirusa yoluxdu

12-11-2020, 10:27

Millimizin rəqibində daha 3 futbolçu koronavirusa yoluxdu



Avropa çempionatının seçmə mərhələsində Azərbaycanla qarşılaşacaq İsveçrə millisində koronavirusa növbəti yoluxma halları aşkarlanıb.

"Report" federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, daha 3 futbolçunun testi müsbət çıxıb.

Bunlar Jeremi Giymeno, Den Ndoye və Yasper van der Verffdir. Hər üç oyunçu karantinə alınıb və qarşıdakı matçlarda komandalarına kömək edə bilməyəcək.

Əvəzində isə daha əvvəl infeksiyaya yoluxmuş Noa Okafor sıraya dönüb.

Qeyd edək ki, noyabrın 12-də Tyun şəhərindəki eyniadlı arenada baş tutacaq İsveçrə - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. İsveçrəlilər qrupun son matçında isə Fransanın qonağı olacaq. Həmin qarşılaşma noyabrın 17-də baş tutacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Dekabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031