sheffaf.az
sheffaf.az

UEFA Azərbaycan millisinin oyununa təyin etdiyi erməni hakim-inspektoru dəyişdirib

9-10-2020, 10:54

UEFA Azərbaycan millisinin oyununa təyin etdiyi erməni hakim-inspektoru dəyişdirib

Millətlər Liqasının Monteneqro – Azərbaycan matçının hakim-inspektoru dəyişdirilib.

Apasport.az xəbər verir ki, C liqasının 1-ci qrupunun III turunun görüşündə bu vəzifəni avstriyalı Stefan Messner yerinə yetirəcək.

UEFA öncədən qarşılaşmanın hakim-inspektoru kimi Fransa ermənisi Paskal Qaribyana təyinat vermişdi. Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağda baş verənləri nəzərə almadan belə addım atan qitə futbol qurumu sonradan səhvini başa düşərək, dəyişikliyi zəruri hesab edib.

Öncə Lüksemburq – Kipr matçına təyinat alan Messnerlə Monteneqro – Azərbaycan görüşündə iştirak etməli olan Qaribyanın yerləri dəyişdirib. Fransalı Lüksemburqa, avstriyalı Monteneqroya yollanıb.

Oktyabrın 10-da Podqoritsada keçiriləcək görüşə təyinat alan Messner Azərbaycana tanış simadır. AFFA-nın Hakimlər və Hakim-inspektorlar komitəsinin sədri Frits Ştuxlikin həmyerlisi 2007/2008 mövsümündə Azərbaycan Premyer Liqasına dəvət olunub.

O, hakim kimi 2008-ci il mayın 11-də keçirilən “Neftçi” – “Xəzər Lənkəran” görüşündə fit çalıb. Həmin “Böyük oyun”da qonaqlar qələbə qazanıb – 1:0.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031