sheffaf.az
sheffaf.az

Həbs edilən vəzifəli şəxsin şirkəti üzə çıxdı

24-01-2021, 12:30

Həbs edilən vəzifəli şəxsin şirkəti üzə çıxdı
“Ötən gün Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılan Salyan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru İntiqam Abışovun həbsi ehtimal ki, pandemiya ilə mübarizə tədbirləri sahəsində yeyintilərlə bağlıdır. Amma mümkündür ki, kənd təsərrüfatı sahələrinə ayrılan subsidiyalarla da bağlı olsun. İntiqam Mirzağa oğlu Abuşov Salyanda onlarla hektar torpaq sahibidir, 2001-ci ilin martında qeydiyyatdan keçmiş və rayonun Arbatan kəndində fəaliyyət göstərən "İNTİQAM" KƏNDLİ /FERMER/ MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİnin təsisçisidir”.



Pravda.az-ın xəbərinə görə, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.



C.Həsənli bildirib ki, fermerin rayonun baş sanepidemioloqu vəzifəsinə təyinatı icra başçısı ilə əlaqələri və anlaşması sayəsində mümkün olub: “Mərkəz direktoru özünün iri pambıqçılıq təsərrüfatı üçün dövlətdən mütəmadi olaraq subsidiya alıb, "Leqno-İmişli" MMC-nin əsas pambıq tədarükçülərindən biri kimi tanınır. "Leqno-İmişli" onun təsərrüfatına pambıq tədarükü üçün illik 20 milyon manatdan artıq vəsait ödəyib. Baş Prokurorluğun bir az əvvəl yaydığı məlumata görə, İntiqam Abuşov həkimlərin maaşını mənimsəyirmiş, ona qarşı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə cinayət işi başlanıb”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031