Gəncə şəhərindəki 16 nömrəli tam orta məktəbin direktoru hörmətli Elnurə xanım, deyəsən belə bir gedişlə KİV nümayəndələrinin səsini tam ,,batıracaq''. Çünki, o, bildirir ki, ,,mən məktəbdəki fəaliyyətimlə bağlı heç bir jurnalistin sualını cavablandıra bilmərəm. Ona görə ki, rəhbərlik tərəfindən bizə qəti tapşırıq verilib. Əvvəlcə siz Gəncə şəhər Təhsil İdarəsinin ,,bığının altından keçin'',sonrasına baxarıq''. Bu cür yanaşma bir daha onu təsdiq edir ki, hörmətli Elnurə xanımın media nümayəndələrinə bəslədiyi qisas hissi hələ də özünü göstərir.
Bu yöndə araşdırmamız davam edəcək.

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ