sheffaf.az
sheffaf.az

Pasport və sürücülük vəsiqələri ilə bağlı daha bir xidmət

13-01-2021, 14:00

Pasport və sürücülük vəsiqələri ilə bağlı daha bir xidmət
“MyGov sənədin etibarlılıq müddətinin bitmə tarixinə son 60, 30 və 10 gün qalmış sizə bildiriş göndərib xatırlatma edəcək”.

Elektron Hökumətin İnkişafı Mərkəzi my.gov.az portalı istifadəçiləri üçün yeni xidmət istifadəyə verib. Bu barədə Sputnik Azərbaycan-a Elektron Hökumətin İnkişafı Mərkəzindən məlumat verilib.

Xəbərdə bildirilir ki, my.gov.az portalında qeydiyyatdan keçən vətəndaşlar şəxsiyyət vəsiqəsi, ümumvətəndaş pasportu, sürücülük vəsiqəsi və ya digər sənədlərinizin etibarlılıq müddətinin bitmə tarixini yadlarında saxlamaq məcburiyyətində deyil:

“Çünki myGov sənədin etibarlılıq müddətinin bitmə tarixinə son 60, 30 və 10 gün qalmış sizə bildiriş göndərib xatırlatma edəcək. Beləcə, sənədinizi zamanında yenisi ilə əvəz edəcəksiniz. Bunun üçün my.gov.az portalında qeydiyyatdan keçib şəxsi kabinetinizə daxil olmaq kifayətdir”. /sputnik.az/






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031