sheffaf.az
sheffaf.az

Yenilənmiş əsginaslar dövriyyəyə nə vaxt buraxılacaq? – RƏSMİ AÇIQLAMA

11-01-2021, 15:30

Yenilənmiş əsginaslar dövriyyəyə nə vaxt buraxılacaq? – RƏSMİ AÇIQLAMA
Yanvar ayı ərzində Azərbaycanda 1, 5 və 50 manatlıq yeni əsginasların dövriyyəyə buraxılması nəzərdə tutulur.

Şəffaf.az xəbər verir ki, bu barədə Mərkəzi Bankdan məlumat verilib.

Qeyd olunub ki, yenilənmiş əsginasların dizayn və müdafiə sistemlərində mövcud konsepsiya çərçivəsində yeni texnologiyalar və innovasiyalar tətbiq edilib.

Mərkəzi Bankdan bildiriblər ki, yenilənmiş 1, 5 və 50 manatlıq əsginaslar hazırda mövcud olan eyni dəyərli əsginaslarla paralel olaraq dövriyyədə olacaq.

Yenilənmiş əsginaslarda müdafiə elementləri qismində 3D effeti ilə hərəkət edən və rəngini dəyişən “RollingStar Lead”holoqramı, dinamik işıq effekti və rəng təsvirləri olan “Spark Live” elementi, Azərbaycanın dövlət gerbi və nominal dəyərin təsvir olunduğu su nişanı, görmə məhdudiyyətli şəxslər üçün əsginasın dəyərini və həqiqiliyini tanımağa imkan verən qabardılmış xətt elementləri, əsginasın əks tərəfinin müasir trendlərə uyğun olaraq şaquli dizaynı və digər elementlərdən istifadə olunub. /Cebhe.info/






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031