sheffaf.az
sheffaf.az

Dilşad xanım Məmmədova ziyalı adını şərəflə daşıyan məktəb direktorudur

5-01-2021, 11:00

Dilşad xanım Məmmədova ziyalı adını şərəflə daşıyan məktəb direktorudur
“Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının fəaliyyətinin mühüm

bir sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz”.

Heydər Əliyev




Artıq neçə illərdir ki, həyata keçirilən köklü islahatlar nəticəsində hər sahədə olduğu kimi, məhz ölkəmizin təhsil sahəsi də köklü dəyişikliklərlə üz-üzə qaldı və milli təhsilimizin əsaslı şəkildə yenidən qurulması prosesinə başlanıldı. Faktdır ki, hər bir xalqın gələcək taleyi onun malik olduğu elmi-mədəni və intellektual potensialından çox asılıdır. Elm və təhsil xalqların gələcək inkişafının başlıca rəhni olduğu üçün, hər bir dövlət bu sahənin inkişaf etdirilməsinə olduqca önəm verir. Qeyd edək ki, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev də, çox zaman etdiyi çıxışlarında xalqımızın gələcək taleyinin təhsilimizin inkişaf etdirilməsi ilə sıx bağlı olduğunu vurğulayır. Hətta, cənab Prezident milli təhsil sistemində aparılan islahatları sürətləndirmək, idarəetmə mexanizmini təkmilləşdirmək, pedaqoji kadrların müasir tələblər səviyyəsində hazırlanmasını təmin etmək məqsədilə, bugünə kimi bir çox lazımi sənədləri imzalamışdır. Son illər təhsilimizdə ən ciddi hadisələrdən biri, məhz uzun illər ərzində Milli Məclisdə aparılan müzakirələrdən sonra təhsil haqqında Qanunun qəbul olunması oldu. Təhsilimizin inkişafı qabaqcıl, inkişaf etmiş ölkələrin təhsil sistemi ilə sıx bağlı olduğundan, bu istiqamətdə aparılan irimiqyaslı, bir sıra hallarda zaman baxımından icrasının mümkünlüyü heyrət doğuran işlərin həyata keçirilməsi, paralel olaraq hüquqi baza üçün əsas yaradan məsələlərin həlli və s. Təhsil Qanununun daha təkmil və mükəmməlliyinə xidmət etmiş oldu. Belə bir halın varlığı da, bu Qanununun uzun müddət ərzində dəyişikliyə məruz qalmayacağına tam təminat verir.Dilşad xanım Məmmədova ziyalı adını şərəflə daşıyan məktəb direktorudur

Bəli, bu yöndə atılan addımlar olduqca uğurlu yanaşmalar oldu və belə bir halın varlığı onu söyləməyə əsas verir ki, bütün bunlar hazırda Azərbaycan təhsilinin daha da inkişaf etdirilməsinə geniş yollar açmaqdadır. Ölkəmizdə fəaliyyətini günün tələbləri səviyyəsində quran çoxsaylı təhsil ocaqları var ki, həmin təhsil müəssisələrində çalışan ziyalılar, bu gün də öz fəaliyyətləri ilə müasir tariximizdə silinməz izlər buraxırlar. Belə təhsil ocaqlarından biri də, Tərtər şəhəri Aslan Kərimov adına 3 nömrəli ümumi orta məktəbidir. Qeyd edək ki, uzun illərdir bu təhsil ocağına peşəkar idarəçiliyə, dərin elmi biliyə, yüksək insani keyfiyyətə malik olan Məmədova Dilşad Camal qızı rəhbərlik edir. İxtisasca riyaziyyatçı olan və 40 il pedoqoji sahədə yorulmaq bilmədən sahədə Dilşad Məmmədova bizimlə söhbətində qeyd etdi ki, “Məktəbimiz xeyli müddət bundan öncə cari təmir olunub və hal-hazırda rəhbərlik etdiyim bu təhsil ocağında 20 nəfər müəllim əmək fəaliyyəti ilə məşğul olur, 120 nəfər şagird isə elmi biliklərə yiyələnirlər. Bəli, məktəbimiz müasir üslubda inşa olunan məktəblərdən deyil və belə bir halın varlığı da, məhz müəyyən problemlərin əmələ gəlməsinə səbəb olur. Buna baxmayaraq, biz bu gün də üzərimizə düşən vəzifəni lazımi səviyyədə yerinə yetirməyə çalışırıq ki, təhsilimizin inkişafına öz dəstəyimizi ifadə edə bilək. Bir sözlə, koronavirus (COVİD-19) pandemiyasının varlığı səbəbindən fəaliyyətini ev şəraitində davam etdirən hər bir müəllimin dərsliklərin onlayın formatda tədris olunmasını gündəlik nəzarətdə saxlayıram. Yəni, indiyə kimi müəllim kollektivi üzvlərinin atdıqları addımlarla bağlı hərhansı narazılıq əmələ gəlməyib. Bu da onu söyləməyə əsas verir ki, Tərtər şəhəri Aslan Kərimov adına 3 nömrəli ümumi orta məktəbdə çalışan müəllimlərin hər biri öz məsuliyyətini dərk edir və özlərinin bilik və bacarıqlarını şagirdlərdən əsirgəmirlər. Onu da qeyd edim ki, məktəbimizdə lazımi uğuların əldə olunmasında kollektiv üzvlərindən hər birinin, daha çox dərs hissə müdiri vəzifəsini daşıyan Şirinova İlahə Əjdər qızının xüsusi zəhməti olur.
Dilşad xanım Məmmədova ziyalı adını şərəflə daşıyan məktəb direktorudur


Bir faktı da hər kəsin diqqətinə çatdırım ki, bu gün ölkəmizin təhsil ocaqlarında şagirdlərin müasir texnologiyalarla bağlı məlumatları əldə edə bilmələri, kompyuterlərdən yüksək səviyyədə istifadə etmək bacarıqlarının olması və s. kimi məqsədlər üçün müəyyən dərsliklər təşkil olunur. Belə bir halların varlığı da, məhz təhsilimizin inkişafı yöndə atılan addımlardır. Faktdır ki, hal-hazırda təhsilimizə göstərilən diqqət və qayğı Azərbaycan millətinin, bütövlükdə ölkəmizin gələcəyi hesab etdiyimiz hər bir gəncin daha savadlı, bilikli, ağıllı, intellektual olmaları üçün göstərilən xidmətlərdir. Belə bir xidmətlər hər kəs tərəfindən yüksək dəyərləndirilir. Bugünkü təhsilimizin inkişafı təkcə ölkə daxilində deyil, həmçinin beynəlxalq aləmdə də yüksək səviyyədə qiymətləndirilir. Çünki, hal-hazırda Azərbaycanın digər ölkələrlə sıx əməkdaşlıq etdiyi sahələrdən biri də, məhz təhsil sahəsidir. Bütün bunlar onu göstərir ki, indi ölkəmizin təhsil sahəsi durmadan inkişaf edir və getdikcə də təkmilləşir. Bir sözlə, Prezident İlham Əliyevin Azərbaycan təhsilinin inkişafına göstərdiyi diqqət və qayğı onu sübut edir ki, bu mühüm amil dövlət siyasətinin əsas strateji istiqamətlərindən birini təşkl edir. İndiyə kimi görülən işlər, qarşıya qoyulan əsas strateji hədəflər və s. birbaşa ölkəmizin təhsil sahəsinin parlaq gələcəyindən xəbər verir. Bəli, əsası Ümummilli Liderimiz tərəfindən qoyulmuş islahatlar, bu gün ölkə rəhbərinin diqqət və qayğısı sayəsində uğurla həyata keçirilir və bu sahədə atılan genişmiqyaslı addımlar ölkəmizdə savadlı, istedadlı gənc nəslin yetişməsində, təhsil sahəsində yüksək nailiyyətlərin əldə olunmasında, Azərbaycan dövlətinin sürətli inkişafında başlıca rol oynayır. Hazırda Azərbaycan təhsili özünün yeni inkişaf dövrünü yaşamaqdadır.Dilşad xanım Məmmədova ziyalı adını şərəflə daşıyan məktəb direktorudur

Faktdır ki, təhsilin inkişafı ilə bağlı dövlət başçısının təsdiq etdiyi müvafiq dövlət proqramları, bu gün hökumətimiz tərəfindən uğurla icra olunur. Belə bir səbəblər üzündən də, bu proqramlar orta məktəblərdə kurikulum, təhsil sisteminin informasiyalaşdırılması, texniki peşə təhsili, Azərbaycanın ali təhsil sisteminin Avropa təhsil məkanına inteqrasiya olunması və s. kimi sahələri əhatə edir. Aparılan tədqiqatlar onu təsdiq edir ki, yüksək keyfiyyətli təhsilin olması, hər kəsin məşğulluğunun təmin olunmasında, iqtisadi səmərəliliyin artırılmasında, yoxsulluq riskinin azaldılmasında, bir sözlə, insanların həyat səviyyəsinin yaxşılaşdırılmasında əsas şərtlərindən biridir. Onu da qeyd edək ki, təhsilin keyfiyyəti yaxşılaşdıqca məşğulluğun təmin olunması imkanları genişlənir, pul gəlirləri artır, son olaraq əhalinin həyat səviyyəsi müsbət mənada dəyişir”.

Əldə etdiyimiz məlumatlara görə Tərtər şəhəri Aslan Kərimov adına 3 nömrəli ümumi orta məktəbdə direktor vəzifəsini daşıyan Dilşad Məmmədova, bu gün də yorulmaq bilmədən çalışır. Yəni, o, yenə də müxtəlif fənn ixtisasları üzrə dərsliklərin tədrisinə olduqca önəm verir, müəllim şagird münasibətlərinin günün tələblərinə cavab verməsinə, şagirdlər arasında hərbi vətənpərvərlik əhvali-ruhiyyəsinin aşılanmasına, kollektiv üzvləri arasında sağlam mühitin formalaşmasına, hər kəsin fikrinə, düşüncə tərzinə hörmətlə yanaşılmasına çalışır. Bəli, bütün bunların nəticəsidir ki, Aslan Kərimov adına 3 nömrəli ümumi orta məktəbdə təhsilini uğurla başa vuran şagirldlərdən bir çoxunun səs-sorağı, bu gün respublikamızın, hətta dünyanın müxtəlif guşələrindən gəlməkdədir. Ötən illər ərzində yeni-yeni texnologiyaları, müasir idarəçilik qaydalarını tətbiq etməklə müəyyən uğurlara qovuşan bu təhsil ocağı, bu gün də Azərbaycan təhsilinin inkişafına yeni-yeni töhfələrini bəxş etməkdədir. Bir sözlə, Dilşad xanım təhsilimizin inkişafında, onun tərəqqisində yaxından iştirak etməklə, sanki böyük bir şərəfli yükün daşıyıcısına çevrilib. Adı çəkilən bu təhsil müəssisəsi direktorunun peşəkarlığı, düzgün idarəçilik qabiliyyəti, daxili potensialının göstəriciləri, savadlı və peşəkar olması, ümumiyyətlə Azərbaycan təhsilinin inkişafına yeni-yeni töhfələrini bəxş edə bilməsi və s. olduqca əhəmiyyət kəsb edən məsələlərdəndir.
Dilşad xanım Məmmədova ziyalı adını şərəflə daşıyan məktəb direktorudur


Redaksiyamıza daxil olan başqa bir məlumatlara görə, ölkəmizdə koronovirus pandemiyası ilə əlaqədar təhsil müəssisələri dərslərin açıq tədrisi ilə bağlı fəaliyyətlərini müvəqqəti dayandırdığı müddət ərzində, Dilşad Məmmədova idarəçiliyini heç də zəiflətməmiş, əksinə o, mümkün imkanlardan bacarıqla istifadə edib, məhz bu sahədə çevik idarəçiliyini həyata keçirməyi bacarmışdır. Yəni, o, ötən müddət ərzində istər idarəçiliyini, istərsə də müəyyən məsələlərin həllini onlayn üsuldan istifadə etməklə qaydaya salmağı bacarmışdır.
Dilşad xanım Məmmədova ziyalı adını şərəflə daşıyan məktəb direktorudur


Bəli, bütün bunlar onu sübut edir ki, Dilşad xanım Məmmədovanın işgüzar fəaliyyəti, üzərinə düşən vəzifənin məsuliyyətini lazımınca dərk etməsi, gənc nəslin təlim-tərbiyyəsində, sağlam ruhda böyümələrində, Vətən üçün layiqli övlad olmalarında mümkün olan imkanlarından bacarıqla istifadə etməsi, bu gün onun adının və fəaliyyətinin məşhur olmasına səbəb olub. Belə bir göstəriciləri və əldə olunan uğurlu naliyyətləri nəzərə alaraq, redaksiyamızın yaradıcı kollektivi Tərtər şəhəri Aslan Kərimov adına 3 nömrəli ümumi orta məktəbinin direktoru Dilşad xanım başda olmaqla, adı çəkilən bu təhsil ocağında çalışan bütün müəllimləri, şagirdləri ürəkdən təbrik edib, onların hər birinə yeni-yeni uğurlar arzu edirik.
Dilşad xanım Məmmədova ziyalı adını şərəflə daşıyan məktəb direktorudur


Hazırladı: Namiq ƏMRAHOV






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031