sheffaf.az
sheffaf.az

Baş redaktor həyat yoldaşını bıçaqladı - Şirvanda şok olay + TƏFƏRRÜAT

4-01-2021, 18:15

Baş redaktor həyat yoldaşını bıçaqladı - Şirvanda şok olay + TƏFƏRRÜAT
Şirvan sakini qeyri-rəsmi nikahda yaşadığı qadını bıçaqlayıb.

Hadisə Şirvan şəhəri N. Nərimanov küçəsi 9 ünvanında yerləşən binanın mənzillərindən birində baş verib.

Şirvan sakini, 1957-ci il təvəllüdlü Nağıyev Mirhüseyn Balağa oğlu qeyri-rəsmi nikahda yaşadığı Şirvan sakini, 1993-cü il təvəllüdlü Məmmədli Ayşən Hafiz qızını ailə münaqişəsi zəminində boğaz nahiyəsindən bıçaqlayıb. Sonuncu ağır vəziyyətdə Şirvan şəhər mərkəzi xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilərək əməliyyata götürülüb. M. Nağıyev polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bir müddət əvvəl “Bizim vətən” ictimai-siyasi qəzetinin təsisçisi və baş redaktoru olan M. Nağıyevin mobil telefon satışı ilə məşğul olan mağazalardan birində həmin qadını döydüyü anın videogörüntüləri sosial şəbəkələrdə yayımlanıb/APA.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031