
Yol polislərinin adı artiq " Ho - babalar " adlanır
Sarayın qarşisinda dururdusa əqrabalar ,
Zəpt etdi o yerləri Indi isə " Ho - babalar ".
Bu müasir qoçular " dubinka " ilə çalmadı tar ,
Hər çatana " Dayan " ! deyir ," Ho elə " , " Ho - babalar " .
Amaliniz pul - paradır , tanımırsiz çörəklə - duz ,
Nərd - taxta zərisinis , altiçadir sifətlə üz .
Bu ölkə yollarında bir əjdaha olmusunuz ,
Protokol yazısıyla gəldiz dilə , " Ho - babalar " ,
Deyirlər : bu , qanundur , cib silkələ , " Ho - babalar ".
Heç kəsin nişanı yox , nişanınız vardı sizin ,
Insana oxşamaqçün gumaniniz vardı sizin ?
Bəlkə də Peyğənbərdən amanınız vardı sizin ?
Vicdanınız isə qalib bircə gilə , " Ho - babalar ",
Deyirlər : Bu , qanundur , cib silkələ , " Ho - babalar " .
Sürücülər dovşan olub , " Ho - babalar " sa canavar ,
Sürücünü qovmağa kim verib sizə ixtiyar ?
Paqonun altda yatib nə güdürsən , ey canavar ?
Bu azad millətimiz deyil kölə , " Ho - babalar " ,
Deyirlər : Bu qanundur , cib silkələ , " Ho - babalar " .
Siz ancaq vərdişsiz avam sürücü saxlamağa ,
Gördüz pul yoxdur , hazırsız protokol yazmağa ,
Vərdişkar olmusuz lax - lux maşin qovub tutmağa ,
Kişi deyərəm tutsaz kərtənkələ , " Ho - babalar ",
Deyirlər : Bu qanundur , cib silkələ , " Ho - babalar " .
Pul almaq üçün sual - cavab edir sürücünü ,
Az qala sixib suyun gilab etsin sürücünü .
Bir o qalib ki, dana hesab etsin sürücünü ,
Sonra əlində çomağ " Ho - ho " edə " Ho - babalar ",
Deyirlər : Bu qanundur, cib silkələ , " Ho - babalar " .
Müəllif : Tənqidçi şair Namiq Qubali !

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ