sheffaf.az
sheffaf.az

Teymur Rəcəbov finalda Levon Aronyana qalib gəldi – Çempion oldu

4-01-2021, 08:00

Teymur Rəcəbov finalda Levon Aronyana qalib gəldi – Çempion oldu
Onlayn blits şahmat üzrə “Airthings Masters” turnirinin final görüşlərinə yekun vurulub.

Azərbaycan qrossmeysteri Teymur Rəcəbov yarışın qalibi adını qazanıb.

34 yaşlı şahmatçı finalda Ermənistan təmsilçisi Levon Aronyana qalib gəlib. İlk görüşdə rəqibini 2,5:1,5 hesabı ilə məğlub edən həmyerlimiz bu gün ikinci dueldə də rəqibinə gücünü göstərib. Rəcəbov 3 görüşdən sonra (0,5:0,5, 1:0, 0,5:0,5) ikinci qələbəni əldə edərək (2:1) çempion tituluna yiyələnib. 4-cü görüşün heç bir əhəmiyyəti qalmadığından oynanılmayıb.

Teymur bu qələbə sayəsində 60 min dollar mükafata da sahib olub.

Qeyd edək ki, 200 min dollar mükafat fondu olan turnirdə 12 şahmatçı mübarizəyə başlayıb. Dairəvi sistemlə keçirilən ilk mərhələdən sonra 8 iştirakçı nokaut sistemi ilə yarışı davam etdirib (APA).






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031