
Qiz :
Yiğilmir gözümün yaşları Namiq ,
Bu nə dərd - bəladir çəkmədəyəm mən .
Kölgənlə izləyirəm yolları , Namiq ,
Artiq özgə ocağa köçmədəyəm mən .
Oğlan :
Özgə xəyallara atma bir imza ,
Duymazsan heç zaman eşqin mənasin .
Qayit öz yoluna , haqq yolun azma ,
Sənsiz necə sağaltım ürəy yarasin ?
Qiz :
Toyuma gəlməzsən çağirsam səni ,
Çünki görsəm səni , ürəyim ağlar .
Vaxt vardı əlindən tutardım səni ,
Anib o günləri ürəyim sixlar .
Oğlan :
Görünmür haçandir o toy mərasim ,
Görmək istəyərdim yenə üzünü .
Artiq tükənibdir tükənməz səbrim ,
Vaxt vardı görərdim hər dəm üzünü .
Qiz :
Yadindami , Namiq , o yağan yağış ,
Ayriliq xəbərin gətirdi bizə .
Döz bu intizara , zamanla barış ,
Ayriliq hər zaman kədərdi bizə .
Oğlan :
Sənə bir gül aldım - qönçə qizilgül ,
Öpüb alnından təbrik eylədim .
Hər zaman sevin , sən hər zaman gül ,
Mən sənə xoş günlər arzu eylədim .
Qiz :
Sənə yazdığım sevgi məktubun ,
Necə yazdığımı bir Allah bilir .
Sən məni Məcnun tək lap tənha qoydun ,
Göz yaşla yazdığımı bir Allah bilir .
Oğlan :
Toyunda olsaydım , sağliq deyərdim ,
Özgə ocağında xoşbəxt olasan .
Içimdəki dərdi gizli yeyərdim ,
Təki xoş günləri sən yaşayasan .
Oğlan :
Gəlin libasinda gördüm mən səni ,
Necə gözəl idin güldən , çiçəkdən .
Qəmli - sisli siman ağlatdi məni ,
Ayrıla bilmirəm kədərdən , qəmdən .
Qiz :
Artiq bir gəlinəm özgə ocağda ,
Səni düşündükcə kövrəlirəm mən .
Otururam hər gün tənha otağda ,
Qəm yeməkdən artiq üzülürəm mən .
Oğlan :
Artiq hər bir məqam bitdi , sevgilim ,
Artiq anilmağa yoxdur ehtiyac .
Ürəyim səninlə getdi , sevgilim ,
Namiqin dərdinə yox artiq əlac .
Müəllif : Istedad şair Namiq Qubali !

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ