sheffaf.az
sheffaf.az

"Ateltiko"dan qələbə

31-12-2020, 09:30

"Ateltiko"dan qələbə

Futbol üzrə İspaniya Çempionatının 16-cı turunda "Atletiko" "Xetafe"ni məğlub etdi.

Şəffaf.az TASS-a istinadən xəbər verir ki, görüş 1:0 hesabı ilə başa çatıb. Yeganə qolu 20-ci dəqiqədə Luis Suarez vurub.

Dieqo Simeone üçün bu görüş Madrid klubunun baş məşqçisi kimi 500-cü oldu. Məşqçi 2011-ci ildə "Atletiko"ya başçılıq etməyə başlayıb və onlara bir İspaniya və iki Avropa Liqası çempionu titullarını qazandırıb.

"Atletiko" bu çempionatda ardıcıl üçüncü qələbəsini əldə edib və 35 xalla turnir cədvəlində birinci yerdə, "Xetafe" isə 14-cü sıradadır (17 xal). Növbəti turda Simeonenin yetişdirmələri yanvarın 3-də səfərdə "Alaves"lə oynayacaq, "Xetafe" bir gün əvvəl "Valyadolid"lə qarşılaşacaq






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031