sheffaf.az
sheffaf.az

AZƏRBAYCAN

26-12-2020, 16:13

AZƏRBAYCAN

Qoyub qabağima Yer kürəsinin ,
Baxdiqca dünyanın sərhədlərinə .
Bu şair ürəyim göynəyir mənim ,
Doğma Azərbaycana qayidim yenə .

Bizdən gözəl torpaq harda var belə ,
Harda var bizdəki səfali nəva ?
Qurbanam əzəldən bu doğma elə ,
Əsir üstümüzdən müqəddəs hava .

Bakı , Apşeronun yox , bütün ölkənin ,
Neft ilə döyünən tək ürəyidir .
Bizə köməyi yox heç bir ölkənin ,
Toxun da , acın da neft çörəyidir .

Şəhər yaratdilar Sumqayit adda ,
Kimya sinağina çəkildi millət .
Polad - qurğuşunla yananda odda,
Hara yazıldı xalqin çəkdiyi zillət .

Kürə bənd atdilar Mingəçevirdə ,
Düzü - düzənləri zay eylədilər .
Ceyranlar - cüyürlər sevişən yerdə ,
Körpə balaları vay eylədilər .

Gəncə ölkəmizin daği , qalasi ,
Tarixən adına ləkə gəlməyib.
Qizilquş evidir , qartal yuvası,
Gəncəni bir kimsə hələ əyməyib .

Çixdi bu xəyalim Yer kürəsinə ,
Masam üstündəki xəritəsindən .
Eşittim bu xalqin , millətin səsin ,
Baxib gördüm yerim Vətəndir , Vətən !

Göy - göl göy gözümüz , Şah dağ qaşimiz ,
Babadağ əyilməz örnək daşimiz .
Dərbənddən Qubaya gələn yolları,
Salan oğullara hörmət gərəkdir .

Şamaxı üzümü , Göyçayin narı,
Lənkəranin çayı verir buxari ,
Pendir - çörək ola , kənd samovari ,
Yoxsa zənənlərə töhmət gərəkdir .

Gəlin yad eyləyək Haci Muradı,
Şeyx Şamillə birgə çəkildi adı.
Balakən , Şəki , Qax Car camaati ,
Bu igidlərə hər dəm rəhmət gərəkdir .

Biz də yaz kimidir son baharımız,
Biləsuvar - Mil - Muğan gül diyarımız.
Tarixən bilinir etibarimiz ,
Bizə etibarli millət gərəkdir .

Eşşek arabası dağlar başında,
Oturub kişilər yüz bir yaşında.
Şəhərdə " mersedes " " cip " - cip " maşinda ,
Gəzən oğlanlara dövlət gərəkdir .

Ancaq çox sadədir xalqimiz bizim ,
Avarla darginin , türklə ləzginin .
Dostluğu , şərəfi əbədi , qədim ,
Bütün millətlərə qiymət gərəkdir .

Şəkinin halvasi , Haci dayısı,
Zakatala qozu , Qaxin ayısı,
Buranın eynidir qişiyla , yazı,
Tonqal ətrafinda söhbət gərəkdir .


Müəllif : Informasiya Agentliyinin rəhbəri şair Namiq Qubali !






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031