sheffaf.az
sheffaf.az

Psixoloq Ülkər Məhərrəmovanın nüfuz sahibi olmasına əsas səbəb, məhz onun peşəkarlığıdır

25-12-2020, 14:11

Psixoloq Ülkər Məhərrəmovanın nüfuz sahibi olmasına əsas səbəb, məhz onun peşəkarlığıdır

Psixologiya elmi qədim tarixə malik bir elm olmaqla bərabər, eyni zamanda bu elm fəaliyyət və ünsiyyətin psixoloji problemlərini də öyrənir. Son illər psixologiya elminin sürətlə inkişaf edən sahələrindən biri də, məhz praktik psixologiyadır. XXI yüzillikdə Azərbaycanın təhsil sistemində psixoloji xidmət pedaqoji psixologiyanın formalaşma mərhələsində olan yeni sahələrdən biridir və son on ildə psixologiyanın praktik-tətbiqi sahələrində çalışan psixoloqların sayı əhəmiyyətli şəkildə artmaqda davam edir. Müasir elm sübut edir ki, bu gün dünyada təqribən 450 milyondan artıq insan psixi problemlərdən əziyyət çəkir və onların sırasında məktəb yaşlı uşaqların sayı daha çoxluq təşkil edir. Psixoloq peşəsi ilə məşğul olan şəxsin fəaliyyəti o halda səmərəli olur ki, o, özünün iş təcrübəsi əsasında peşəkarlıq səviyyəsini artırmağın qayğısına qalır, həmkarları ilə müntəzəm dialoq aparır, elmi ədəbiyyatları daim izləməklə elmi-nəzəri hazılıq səviyyəsini yüksəltməyi durmadan artırır. Qeyd olunan belə bir amillər qarşılıqlı şəkildə bir–biri ilə sıx bağlıdır. Onlardan biri təmin olunmadıqda, o halda psixoloqun peşəkarlıq keyfiyyətlərindən danışmaq mümkün olmur.

Bəli, hər kəs psixoloji narahatlıq hissi yaşadıqda mütəxəssisdən yardım almaq qərarına gəlir və bəzən bununla bağlı kimə müraciət edəcəyi haqda tərəddüd hissi də keçirir. Psixoloji narahatlıqların bir çoxu dərman dəstəyi olmadan, konsultasiya vasitəsilə aradan qaldırılan problemlərdir. Bəzi psixoloji narahatlıqlar qısa müddətli, bəzisi isə daha uzun müddətli seansları ehtiva edir. Çox zaman insanlar elə düşünürlər ki, kiminləsə danışmaq, həyatı barədə sual verib cavab əldə etmək psixoloji problemin həll edilməsi deməkdir. Əslində, bu heç də belə deyil.

Haqqında söhbət açdığımız və ixtisasca psixoloq olan, həmçinin özünün iş təcrübəsi əsasında peşəkarlıq səviyyəsini artırmağın qayğısına qalan, həmkarları ilə müntəzəm dialoqlar aparan, elmi ədəbiyyatları izləməklə daim elmi-nəzəri hazılıq səviyyəsini yüksəldən Ülkər Məhərrəmova da, məhz belə bir fəaliyyət növü ilə məşğul olan peşəkar mütəxəssislərdəndir. O, 26 mart 1973-cü ildə İsmayıllı rayonunda anadan olmuş və 1994-cü ildən sırf psixoloq peşəsi ilə məşğul olmağa başlayır. Əldə etdiyimiz bəzi məlumatlara görə, ötən illər ərzində bu sahə ilə məşğul olduğundan o, daha da təkmilləşmiş və psixologiya elminin əsaslarını lazımi səviyyədə mənimsəmişdir. Belə bir səbəblər üzündəndir ki, bu gün Ülkər Məhərrəmova geniş ictimaiyyət arasında nüfuz sahibi olan və tam əksəriyyət tərəfindən qəbul olunan psixoloqlardandır. Başqa bir məlumatda o da bildirilir ki, 1994-cü ildən sırf psixoloq peşəsi ilə məşğul olan Ülkər Məhərrəmova, övladına göstərdiyi qayğılar səbəbindən bir müddət məşğul olduğu peşəsinə fasilə verməli olur. 2013-cü ildən isə o, Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsi, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzində ailə psixoloqu, həmçinin Bakı şəhərindəki Yaddaş Fərdi İnkişaf Mərkəzində psixoloq vəzifəsində çalışır. Peşəkar mütəxəssis olaraq bugünə kimi o, Təhsil nazirliyinin həyata keçirdiyi bir çox layihələrdə fəal iştirak edir və lazımi uğurları əldə etməyə də nail olur. Belə ki, Ülkər Məhərrəmovanın Ağcabədi və Ağsu rayonlarında həyata keçirilən layihələrdə peşəkar psixoloq olaraq iştirak etməsi, ona daha çox uğur qazandırır. Adı çəkilən bu xanım Bakı şəhərindəki “BAKÜ İNN” hoteldə “Doğru bildiyimiz yalnışlar” adlı layihə proqramı çərçivəsində seminar da keçir. Bundan başqa, Ülkər Məhərrəmovanın bir neçə dəfə “Lider” televiziyasında keçirilən “Tezdən oyan” verlişinə qonaq qismində dəvət olunması, onun verdiyi məsləhət və tövsiyyələrin hər kəs tərəfindən alqışlanması və s. onu sübut edir ki, hazırda cəmiyyətimizin bu cür peşəkar mütaxəssislərə daha çox ehtiyacı var.

Bütün bunları nəzərə alaraq onu qeyd edə bilərik ki, Ülkər xanımın bu cür addımları ümumxalq mənafeyinə yönəlik addımlardır. Faktdır ki, onun peşəkar bir psixoloq olara geniş ictimaiyyət arasında nüfuz sahibi olmasının kökündə, məhz onun peşəkarlığı durur. İnanırıq ki, belə bir göstəriciləri ilə tanınan, ictimaiyyət arasında ad-san çıxaran Ülkər Məhərrəmovanın peşəkarlığa söykənən fəaliyyəti, məhz bundan sonra ona daha çox uğur qazandıracaq.

Hazırladı: Namiq ƏMRAHOV
Psixoloq Ülkər Məhərrəmovanın nüfuz sahibi olmasına əsas səbəb, məhz onun peşəkarlığıdır
Psixoloq Ülkər Məhərrəmovanın nüfuz sahibi olmasına əsas səbəb, məhz onun peşəkarlığıdır
Psixoloq Ülkər Məhərrəmovanın nüfuz sahibi olmasına əsas səbəb, məhz onun peşəkarlığıdır
Psixoloq Ülkər Məhərrəmovanın nüfuz sahibi olmasına əsas səbəb, məhz onun peşəkarlığıdır






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031