
QƏZƏL
Çalışıb düz doğra əti ay Nailə xala ,
Qorxma baltadan sən qəti ay Nailə xala .
Xala , sənə gör nə gözəl qəssabliq yaraşır,
Düz seçibsən bu sənəti ay Nailə xala .
Çalışıb düz doğra əti ay Nailə xala.
Özünə ad gün etdin pandemiya dövründə ,
Çox sevirsen şan - şöhrəti ay Nailə xala ?
Çalışıb düz doğra əti ay Nailə xala.
Üstəlik ad gününə çağırdın müğənni sən ,
Iskəndərli Mətanəti ay Nailə xala.
Çalışıb düz doğra əti ay Nailə xala.
Nə etdin ad günündə bir - bir gözündən gəldi ,
Üstəlik aldın töhməti ay Nailə xala .
Çalışıb düz doğra əti ay Nailə xala.
Bir ziyafət keçirdin axirda düşdün " radara "
Çox qaldirmazdin sürəti ay Nailə xala.
Çalışıb düz doğra əti ay Nailə xala.
Sən bilki qəssabliq hər insana nəsib olmur ,
Əldən buraxma fürsəti ay Nailə xala .
Çalışıb düz doğra əti ay Nailə xala.
Yaz ərizəni direktorluqu bir yana qoy ,
Aşbazliq ed , pişir piti ay Nailə xala.
Çalışıb düz doğra əti ay Nailə xala.
Sənin çox mübarək olsun qəssabliq şəkilin ,
Çox cəlb etdi diqqəti ay Nailə xala.
Çalışıb düz doğra əti ay Nailə xala.
Verdiyim məsləhəti çalış saxla sən yadda ,
Birdə etmə qəbahəti ay Nailə xala,
Çalışıb düz doğra əti ay Nailə xala,
Qorxma baltadan sən qəti ay Nailə xala .
Müəllif : Tənqidçi şair Namiq Qubali !
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.