
QƏZƏL
Deyirlər ki, şişib yağlanibsan Qərənfil xala ,
Sən kresloya yaman bağlanibsan Qərənfil xala.
Deyirlər : otağda Qərənfil adlı bir qutun var ,
Nə qədər nəzir pulu yiğibsan Qərənfil xala ?
Deyirlər ki, şişib yağlanibsan Qərənfil xala.
Təzə bir bazarin var , adını Indi eşittim,
Vay - vay Rüşvət bazari açıbsan Qərənfil xala ?
Deyirlər ki, şişib yağlanibsan Qərənfil xala.
Deyirəm bəlkə başın qarişib təzə biznesə ,
Dərslə bağlı iclas çağiribsan Qərənfil xala ?
Deyirlər ki, şişib yağlanibsan Qərənfil xala.
Eşittim yaman kökəlibsən yaman yağlanibsan ,
Nəhrə yağı ilə yağlanibsan Qərənfil xala ?
Deyirlər ki, şişib yağlanibsan Qərənfil xala.
Sənə birce sualim var , amma cavabin düz ver ,
Hər direktordan ne qədər alıbsan Qərənfil xala ?
Deyirlər ki, şişib yağlanibsan Qərənfil xala .
Eşitmişəm ki, Cəlilabadda bərk gedirsən sən ,
Xəbərin yox , " radarda " qalibsan Qərənfil xala.
Deyirlər ki, şişib yağlanibsan Qərənfil xala.
Işı təmiz olan cavab verər telefonlara ,
Niyə jurnalistlərdən qaçibsan Qərənfil xala ?
Deyirlər ki, şişib yağlanibsan Qərənfil xala.
Müdir təyin olunandan bəri uçmaqin gəlir ,
Çox mübarəkdi , uçak alıbsan Qərənfil xala ?
Deyirlər ki, şişib yağlanibsan Qərənfil xala .
Müəllif : Istedad şair Namiq Qubali !
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.