sheffaf.az
sheffaf.az

Eylə Təkamül , Kasıb

17-12-2020, 15:30

Eylə Təkamül , Kasıb


Qonşu kasib , qohum kasib , el kasib ,
Öz halına özün baxib gül kasib .

Qazandiğin qəndə - yağa çatmayir ,
Bir aylığın kəfən - ağa çatmayir .
Hay - harayin gedib dağa çatmayir ,

Indi otur evdə , yixil öl , kasib ,
Öz halına özün baxib gül , kasib .

Arvadağa qaşqabaqli , uşaq ac ,
Ürək dolu , mədə - qursaq , dalaq ac ,
Göz tamarzi , xoş söz üçün qulaq ac ,

Qonşu kasib , qohum kasib , el kasib ,
Indi durub kimsəyə aç əl , kasib .

Çix iş ara açılmamış dan yeri ,
Ac qarina yeri , yarimcan yeri ,
Dərd - sərinə tapilsa dərman yeri ,

Tök tərini , eylə təkamül , kasib ,
Öz halına özün baxib gül , kasib.

Qoyma qağa , qəlbində təşviş yeri ,
Bu ölkədə çalış sən tap iş yeri ,
Qismətinə düşsə əgər iş yeri ,

Qazanarsan beş - üç manat pul , kasib,
Pul qazanib eylə təkamül , kasib .

Ac da olsan , kişi kimi dolan gəz ,
Bu dünyada haqq arama , yalan gəz ,
Anla qardaş , başa düş , ay filankəs ,

Kasib başa kül ələnib , kül , kasib ,
Öz halına özün baxib gül , kasib .

Taleyindən rahat həyat istəmə ,
Artiq puldan et ehtiyat , istəmə ,
Tanrıdan da bir iltifat istəmə ,

Saqqal uzat , sonra onu yol , kasib ,
Öz halına özün baxib gül, kasib.

Durma bir an , işlə , uzan qul kimi ,
Əyilmə ha , qizarsan da pul kimi ,
Sonra düşüb yumbalanan çul kimi ,

Iş qurtardi , öz tərini sil , kasib,
Öz halına özün baxib gül, kasib.

Tər tökərək aldığına şükür elə ,
Kor fələyin çaldığına şükür elə,
Sağ - salamat qaldiğina şükür elə ,

Fikir eləmə , olsan da yoxsul , kasib ,
Hələ şad ol , hələ sevin , gül , kasib .

Yan - yörədə kim nə edir , qoy etsin ,
Tox qarinlar dumbuldayib toy etsin ,
Dövlətlilər varanlanmağa səy etsin ,

Sən necə varsansa , elə qal , kasib ,
Səbrini bas , gəl eyləmə qal , kasib .

Varlanarsan sən də , kasib , gün gələr ,
Yaşadığın ömrə çatan gün gələr ,
Səhər çixib axşam batan gün gələr,

Ay dolanib ötsün , hələ il kasib ,
Kasibliğin ləzzətini bil kasib ,
Tər tökərək eylə təkamül , kasib .


Müəllif : Istedad şair Namiq Qubali !






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031