sheffaf.az
sheffaf.az

"Koronavirusun bitəcəyinə ümid bəsləməyin" - ÜST rəsmisi danışdı

30-11-2020, 17:09

"Koronavirusun bitəcəyinə ümid bəsləməyin" - ÜST rəsmisi danışdı


Koronavirus pandemiyasının yaxın aylarda bitəcəyinə ümid bəsləməyə dəyməz.

Bu fikri TASS agentliyinə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiya nümayəndəliyinin rəhbəri Melita Vuynoviç söyləyib. Onun sözlərinə görə, koronavirusun yayılmasının qarşısını almaq üçün hələ uzun yol keçilməlidir.

Yalnız bir müddətdən sonra tətbiq olunacaq peyvənddən istifadə nəticəsində immunitet səviyyəsi yetəri səviyyəyə qalxdığı halda pandemiyanın bitdiyini elan etmək olar. M.Vuynoviç xəbərdarlıq edib ki, COVID-19 heç vaxt yox olmayacaq və digər viruslar kimi həmişəlik bizimlə qalacaq. "Biz onunla yaşamağı öyrənməli və virusun həyatımızı idarə etməsinə yol verməməliyik”, - deyə o bildirib.

ÜST-ün nümayəndəsi rusiyalılara Yeni il bayramlarını evdə keçirməyi tövsiyə edib. M.Vuynoviçin fikrincə, əyləncəli tədbirlərdə isə yalnız sosial məsafəni gözləməklə iştirak etmək olar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031