sheffaf.az
sheffaf.az

Bakıdan Naxçıvana yeni avtomobil yolu çəkilə bilər

30-11-2020, 08:45

Bakıdan Naxçıvana yeni avtomobil yolu çəkilə bilər
İşğal altından azad olunan ərazilərimizdə daha bir avtomobil yolunun çəkilməsi üzrə layihələndirmə işlərinə başlanılıb.

Bunu Trend-ə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

O bildirib ki, yeni qurulacaq yol Horadiz-Mincivan-Ermənistan sərhədi avtomobil yoludur:

“Yol ümumilikdə Hacıqabul-Horadiz-Mincivan-Ermənistan sərhədi avtomobil yolu olacaq. Hacıqabuldan Horadiz istiqamətində ikinci dərəcəli yol yenidən qurulub və normal vəziyyətdədir.

Horadizdən Ermənistan sərhədinə qədər avtomobil yolu isə torpaqlarımız işğal altında olarkən dağıdılıb və bərbad vəziyyətə salınıb. Ərazidə yeni yolun tikintisinə ehtiyac var. Layihələndirmə başa çatandan sonra aidiyyəti qurumlara təqdim ediləcək. Layihə təsdiq olunandan sonra inşaat işlərinə başlana bilər”.

A.Nəcəfli deyib ki, bu yol gələcəkdə Ermənistan sərhədindən Naxçıvan istiqamətinə də çəkilə bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031