sheffaf.az
sheffaf.az

Gimnaziya rəhbərliyinin müdrik idarəçiliyi gələcəyə olan ümidləri artırır

21-11-2020, 11:58

Gimnaziya rəhbərliyinin müdrik idarəçiliyi gələcəyə  olan ümidləri artırır
Bugünə kimi ölkəmizin təhsil sahəsində keçdiyi yolları təhlil edərkən, ilk öncə bu sahə ilə bağlı ötən illərin tarixinə bir qədər nəzər salmağa ehtiyac duyulur. Yəni, o halda bəlli olar ki, ölkəmizdə təhsilin davamlı inkişafı, daha çox ulu öndər Heydər Əliyevin adı ilə bağlı olmuşdur. O da kəsə bəllidir ki, Azərbaycan Respublikası ikinci dəfə özünün müstəqil yaşamaq hüququnu əldə etdikdən sonra, ölkəmizdə yeni siyasi sistemə keçidin əsası qoyuldu. Belə bir səbəb üzündən də, hər sahədə olduğu kimi təhsil sahəsinin inkişafı üçün də qarşıda yeni tələbləri, yeni vəzifələri yerinə yetirməyə zərurət yarandı. Belə ki, illər keçdikcə təhsil sahəsində yeniləşmə prosesi özünü göstərdi və bu sahədə həyata keçirilən islahatlar, məhz Azərbaycan təhsilini yeni inkişaf mərhələsinə də yüksəldə bildi. Xalqımızın ümummilli lideri, mərhum prezidentimiz Heydər Əliyev təhsil işçiləri ilə keçirdiyi görüşlərin birində demişdi: “Təhsil dövlətin əsas dayaqlarından biridir, ona görə də bu sahəyə hər zaman dövlət qayğısı artırılmalıdır”. Ulu Öndərin belə bir yanaşmasından sonra, ölkəmizin bu sahəsində vəzifə sahibi olan şəxslər təhsilimizin inkişaf etdirilməsinə, problemlərinin aradan qaldırılmasına diqqət və qayğını artırdı, bu gün də həmin diqqət və qayğı özünü göstərməkdə davam edir. Təhsili Azərbaycanın davamlı inkişafının əsas amillərindən biri hesab edən möhtərəm prezidentimiz cənab İlham Əliyev də, məhz prezident seçildiyi ilk gündən təhsilimizi inkişaf etdirməyə, onu dünyanın inkişaf etmiş ölkələrindəki təhsilin səviyyəsinə çatdırmağa çalışdı. Məhz, belə bir yanaşmanın nəticəsi olaraq, hazırda Azərbaycan təhsili özünün yeni inkişaf mərhələsinə qədəm qoymaqdadır.

Bir faktı da qeyd edək ki, müasir dövrümüzün inkişafı, onun tərəqqisi, yaxud da mövcud problemlərin həlli yalnız və yalnız təhsilimizin inkişafından asılıdır desək, heç də yanılmarıq. Çünki, ölkəmizin bu sahəsini inkişaf etdirmədən qarşımızda duran əsas problemlərimizi, həlli vacib olan məsələlərimizi həll edə bilmərik. Bir sözlə, təhsilimizin səviyyəsi yaşadığımız cəmiyyətin inkişafını şərtləndirən əsas səbəb, həm də onun inkişaf göstəricisini müəyyən edən başlıca amildir. Bəli, fəxrlə qeyd edə bilərik ki, son illər respublikamızda təhsilin inkişafı, onun keyfiyyət göstəricisinin müəyyən tələblərə cavab verməsi istiqamətində lazımi addımlar atıldı ki, bu gün də atılan addımlar öz bəhrəsini verməkdədir. Bəli, hazırda ölkəmizin təhsil sahəsinin inkişaf etdirilməsində hər bir müəllimin, hər bir yaradıcı şəxsin əvəzsiz zəhməti var. Yəni bu yöndə zəhməti olan hər kəs, yenə də Azərbaycan təhsilinin inkişaf etdirilməsi məqsədilə bilik və bacarığını səfərbər edir. Bugünkü təhsilimizin inkişaf etdirilməsində illər uzunu əvəzsiz zəhməti olan və haqqında söhbət açdığımız Siriyeva Təranə Mirzağa qızı da, məhz belə ziyalılarımızdan biridir. O, hal-hazırda Salyan şəhər Azər Səfərov adına İnteqrasiya təlimli internat tipli gimnaziyada direktor vəzifəsini daşıyır. Əldə etdiyimiz məlumatlara görə, bu gün gimnaziyada 498 nəfər şagird təhsil alır və onların təlim-tərbiyəsi, dəslərin tədrisi ilə 47 nəfər müəllim, 22 tərbiyəçi məşğul olur. Adı çəkilən bu təhsil ocağı haqda digər məlumatları əldə etdikdə o da bəlli olur ki, gimnaziya 2019-cu ildə əsalı şəkildə təmir olunub və lazımi texniki avadanlıqlarla təminatı tam şəkildə də həyata keçirilib. Belə bir halın varlığı da, məhz Təranə xanım Siriyevaya idarəetməni günün tələbləri səviyyəsində həyata keçirməyə imkan verir. Qeyd edək ki, bu təhsil müəssisəsində direktor müavini vəzifəsini, bugünkü təhsilimizin parlaq simalarından biri hesab olunan, yüksək insani və nümunəvi əxlaqi dəyərləri özündə cəmləşdirən İbadov Teymur Mətləb oğlu daşıyır.

Onu da qeyd etmək yerinə düşər ki, Salyan şəhər Azər Səfərov adına İnteqrasiya təlimli internat tipli gimnaziyada çalışan hər bir müəllim və tərbiyəçi yüksək intellektə, dərin elmi biliyə sahib olan şəxslərdirlər. Belə bir halın varlığı da, məhz bugünkü təhsilimizin inkişaf etdirlməsinə təsir göstərən başlıca səbəblərdir. Gimnaziyaya məxsus kitabxanada müxtəlif sahələrdən bəhs edən minlərlə kitab var ki, bu da müəllimlərin, şagirdlərin həm elmi biliklərə dərindən yiyələnmələrinə, həm də ümumi həyat haqda lazımi təsəvvürlərinin formalaşmasına olduqca təsir göstərir. Bundan başqa, Salyan şəhər Azər Səfərov adına İnteqrasiya təlimli internat tipli gimnaziyada direktor vəzifəsini daşıyan Təranə xanım Siriyevanın özü də, sahib olduğu ixtisas üzrə dərin elmi biliyə, yüksək insani keyfiyyətə, səriştəli idarəçilik qabiliyyətinə malik şəxs olduğundan, o, bu gün müəllim-şagird kollektivinin, hətta bütün valideyinlərin də sevimlisinə çevrilib. Uzun illər ərzində təhsil sahəsində çalışan və işgüzar fəaliyyəti ilə bu sahədə xüsusi ad-san çıxaran Təranə xanım, bu gün də yorulmaq bilmədən çalışır. Digər təhsil ocaqlarında olduğu kimi, Salyan şəhər Azər Səfərov adına İnteqrasiya təlimli internat tipli gimnaziyada da, müxtəlif fənn ixtisasları üzrə dərsliklərin tədrisi, müəllim-şagird davamiyyətin günün tələblərinə cavab verməsi, şagirdlərə hərbi vətənpərvərlik əhvali-ruhiyyəsinin aşılanması, kollektiv arasında sağlam mühitin formalaşması, hər kəsin fikrinə, düşüncə tərzinə hörmətlə yanaşma və s. kimi amillərin varlığı, hal-hazırda rəhbərliyə idarəetməni uğurla həyata keçirməyə imkan verir. Məktəbdə müxtəlif fənlər üzrə elektron təlim materiallarından və digər əyani vəsaitlərdən istifadəolunma, bu gün də öz bəhrəsini verməkdədir.

Digər bir məqamı qeyd edək ki, direktor Təranə xanımın təşəbbüsü ilə bu təhsil müəssisəsində ara-sıra müxtəlif maarifləndirici tədbirlər, müəyyən görüşlər və s. keçirilir ki, bu da olduqca böyük əhəmiyyət daşıyır. Məsələn, əldə etdiyimiz məlumatlara görə ötən ilin dekabrında gimnaziyada “Fundamental hüquqlar” mövzusunda maarifləndirici tədbir keçirilmişdir. Bu tədbirdə Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov çıxış etmiş və o, çıxışı zamanı insan hüquqlarının inkişaf mərhələləri, BMT-nin İnsan Hüquqları Ümumi Bəyannaməsi, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Benəlxalq Pakt, Mülki və siyasi hüquqlar haqqında Benəlxalq Pakt, ölkəmizin bu mühüm sənədlərə qoşulması və digər müddəalar barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. Bundan əlavə, Ziya İsmayılov çıxış zamanı onu da qeyd edir ki, ölkəmizdə insan hüquqları ilə bağlı islahatların təməli Azərbaycan Respublikasının yeni Konstitusiyasının qəbul edilməsi ilə qoyulub. “Bilik Günü” ilə bağlı keçirilən tədbirlərdə isə, əksər hallarda rayon icra hakimiyyətinin nümayəndələri, şəhid valideyinləri və digər qonaqlar iştirak edirlər. Bu yöndə keçirilən hər bir tədbirin əhəmiyyəti olduqca böyük olur ki, bu da gimnaziyada təhsil alan şagirdlərin əxlaqi və mənəvi cəhətdən formalaşmalarına, dünyaya baxışının dəyişməsinə səbəb olur.

Bəli, bütün bunların nəticəsidir ki, Salyan şəhər Azər Səfərov adına İnteqrasiya təlimli internat tipli gimnaziyada təhsilini uğurla başa vuran şagirldlərdən bir çoxunun səs-sorağı, hal-hazırda respublikamızın, hətta dünyanın müxtəlif guşələrindən gəlməkdədir. Ötən illər ərzində yeni-yeni texnologiyaları, müasir idarəçilik qaydalarını tətbiq etməklə müəyyən uğurlara qovuşan bu təhsil müəssisəsi, bu gün də təhsilimizin inkişafına yeni-yeni töhfələrini bəxş etməkdədir. Ümumiyyətlə, Təranə xanım Siriyeva indiyə kimi təhsilimizin inkişafında, onun tərəqqisində yaxından iştirak etməklə şərəfli bir yükün daşıyıcısına çevrilmişdir. Adı çəkilən bu şəxsin peşəkarlığı, düzgün idarəçilik qabiliyyəti, daxili potensialının göstəriciləri, savadlı və peşəkar olması, bir sözlə Azərbaycan təhsilinin inkişafına yeni-yeni töhfələrini bəxş edə bilməsi və s. olduqca əhəmiyyət kəsb edən məsələlərdəndir.

İnanırıq ki, Təranə xanım Siriyevanın işgüzar fəaliyyəti, onun məsuliyyətini lazımınca dərk etməsi, gənc nəslin təlim-tərbiyyəsində, sağlam ruhda böyümələrində, Vətən üçün layiqli övlad olmalarında mümkün olan imkanlarından istifadə etməsi, onun adının və fəaliyyətinin daha da məşhur olmasına səbəb olacaq. Biz buna tam əminliklə inanırıq və inanmağımıza kifayət qədər əsaslar da var. Bu kimi göstəriciləri və əldə olunan uğurlu naliyyətləri nəzərə alaraq, redaksiyamızın yaradıcı kollektivi Salyan şəhər Azər Səfərov adına İnteqrasiya təlimli internat tipli gimnaziyanın rəhbərliyində olan hər bir şəxsə, müəllim və şagird kollektivinin bütün üzvülərinə yeni-yeni uğurlara qovuşmalarını arzu edirlər.

Hazırladı: Namiq ƏMRAHOV






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Dekabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031