sheffaf.az
sheffaf.az

Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə layihələrə xərclənən məbləğ açıqlanıb

18-11-2020, 10:50

Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə layihələrə xərclənən məbləğ açıqlanıb

2020-ci ilin ilk üç rübündə BP şirkəti Azərbaycan-Gürcüstan-Türkiyə regionunda əməliyyatçısı olduğu layihələr üzrə yerli ehtiyatlardan istifadəyə xərclənən birgə məbləği açıqlayıb.

“BP Azərbaycan”dan verilən məlumata əsasən, bu layihələrə xərclənən cəmi məbləğin həcmi 1 milyard 353,5 milyon dolları təşkil edib.

Xərclərin 237,2 milyon dollarını kiçik və orta müəssisələr, 29,3 milyon dollarını dövlət şirkətləri, 646,8 milyon dollarını yerli tərəfdaşı olan birgə müəssisələr, 440,2 milyon dollarını xarici podratçıların ölkə daxilində məsrəfləri təşkil edib.

Qeyd edilib ki, bu məbləğ BP-nin yerli şirkətlərlə birbaşa xərclərini və regionda fəaliyyət göstərən xarici şirkətlərlə müqavilələr üzrə yerli işçi qüvvəsinə, xidmətlərə, materiallara çəkilmiş bilavasitə (subpodratçı) xərcləri göstərir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Noyabr 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30