sheffaf.az
sheffaf.az

Zəngilan rayon Komitəsinin sədri dövlətimizə və xalqımıza nümunəvi xidmət göstərən vəzifə sahibidir

11-11-2020, 16:10

Zəngilan rayon Komitəsinin sədri dövlətimizə və xalqımıza nümunəvi xidmət göstərən vəzifə sahibidir

Əski sovet dönəmində doğulub boya-başa çatan və həmin illərdə istənilən təhsil müəssisəsində elmə yiyələnən hər kəs, məhz həmkarlar ittifaqlarının ictimai həyatda oynadığı rolun əhəmiyyəti haqda az-çox məlumata malik olurdu. Elə ki, 1991-ci ildə Azərbaycan Respublikası özünün suveren yaşamaq hüququnu bütün dünyaya bəyan etdi, elə həmin vaxtlardan da hər sahədə əldə olunan uğurlar, həyata keçirilən islahatlar, tətbiq olunan bir çox yeniliklər və s-lər özünü göstərməyə başladı. Bu sırada həmkarlar ittifaqlarının rolu haqda məlumatlar daha böyük çevrəyə bəlli oldu və hər kəs bu qurumun rolunu lazımnca dəyərləndirməyə başladı. Bir faktı da qeyd edək ki, hazırda istər iri istehsal müəssisələrində, istərsə də ayrı-ayrı dövlət qurumlarında və digər sahələrdə çalışan şəxslərin hüquqları pozularkən, həmkarlar ittifaqları üzərinə düşən vəzifəni lazımınca yerinə yetirir. Belə bir səbəb üzündəndir ki, bu gün də həmkarlar ittifaqlarının fəaliyyət göstərməsinə daha çox ehtiyac duyulmaqdadır. Bəli, son vaxtlar adı çəkilən bu qurumun əməkdaşları atdıqları addımları ilə həm özlərini təsdiq etdirirlər, həm də hər kəsin adı çəkilən bu quruma olan inam hissinin artmasına səbəb olurlar. Bir həqiqəti də qeyd edək ki, bu sahədə çalışan ayrı-ayrı şəxslərin təşəbbüsü, yaxud da təşkilatçılığı ilə keçirilən bir çox tədbirlər, həm əhali arasında maarifləndirmə təbliğatının həyata keçirilməsində xüsusi əhəmiyyət daşıyır, həm də bu qurumun üzərinə düşən vəzifə funksiyalarının nələrdən ibarət olması haqda hər kəsin məlumatlı olmasına səbəb olur. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Zəngilan rayon Komitəsinə rəhbərlik edən Sənubər xanım Əliyeva da, bu sahədə xüsusi fəaliyyəti ilə tanınan vəzifə sahibidir. Redaksiyamıza çatdırılan məlumatlara görə o, əvvəllər ayrı-ayrı sahələrdə vəzifə sahibi olub və hər zaman vicdanlı mövqeyini ortaya qoymağı da bacarıb. Belə bir səbəblər üzündəndir ki, bu gün Zəngilan sakinlərinin tam əksəriyyəti, onu yaxından tanıyan digər şəxslər Sənubər xanımı təcrübəli, bacarıqlı, xalqını sevən, dövlətinə bağlı olan, hər zaman haqqı-ədaləti müdafiə etməyi bacaran şəxs hesab edirlər. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının rəhbərliyi də, məhz adı çəkilən bu xanımda belə bir göstəricilərin cəmləşdiyini bildiyindən, onu Zəngilan rayon Komitəsinə sədr təyin edirlər. Əldə etdiyimiz məlumatlara görə, Sənubər xanım daşıdığı vəzifəsinin icraasına başladıqdan bir qədər sonra, sanki Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Zəngilan rayon Komitəsinə “yeni nəfəs” verilir. Belə ki, bir çox tədbirlər rayonun mədəniyyət sarayında keçirilir və keçirilən mədəni-kütləvi tədbirlərdə, məhz bu sahədə çalışanlar yaxından iştirak edirlər. Daha çox diqqəti cəlb edən halın varlığı isə ondan ibarətdir ki, Zəngilan rayon Komitəsinin rəhbərliyi həmkarlar ittifaqının üzvü olan 1230 nəfərin hər birinə diqqətlə yanaşır. Yəni, Sənubər xanımı həmin şəxslərin sağlamlıq durumları, istirahət etmələri və s. kimi məsələlər daim düşündürməkdədir. O, isti yay günlərində hər kəsə qarşı təşəbbüskarlıq göstərir və belə bir məsələlərdə özünün xüsusi yanaşmasını ortaya qoymağı da bacarır. Sənubər xanım Əliyeva elə bir xarakterik xüsusiyyətə malik vəzifə sahibidir ki, o, sanki hər kəsin problemini, hər kəsin üzləşdiyi çətinliyi özününkü hesab edir. Rəhbər vəzifə sahibi olan bu xanım olduqca alicənab, olduqca qəlbi açıq, hər kəsə köməklik göstərməyə çalışan vəzifə sahibidir. Əgər onunla bağlı hansısa çevrədə söz-söhbət düşərsə, o halda hər kəs onun barəsində xoş fikirlər səsləndirər, ona qarşı hörmət və ehtiramlarını dilə gətirərlər.

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Zəngilan rayon Komitəsinin rəhbərliyi müəyyən yaş həddinə çatsa da o, bu gün də yorulmaq bilmədən çalışır, bütün bilik və bacarığını gənc nəslə çatdırmağa üstünlük verir. Əslində Sənubər xanımın belə bir addımlarını atması həm onun xarakterik xüsusiyyətindən, həm də xalqına, dövlətinə bağlı olmaq istəyindən irəli gələn yanaşmasıdır. Zəngilan rayon Komitəsinin rəhbərliyi təkcə daşıdığı vəzifəsinə görə deyil, eyni zamanda ictimai nüfuzunun varlığına görə də tanınır. Belə bir amillərin varlığı səbəbindən, o, hal-hazırda bir çox məsələ və problemlərin həlli yöndə daim dövlətimizin mövqeyini dəstəkləyir, yürüdülən dövlət siyasətinə lazımi dəstəyini də göstərir. Məsələn, Sənubər xanım Əliyeva koronovirus (COVİD-19) infeksiyasına qarşı aparılan mübarizə tədbirlərini gücləndirmək məqsədilə, bu gün də sakinlər arasında maarifləndirici təbliğati işlərini həyata keçirir. O, hər kəsə “maska”dan, spirtdən, rezin əlcəkdən və digər qoruyucu vasitələrdən istifadə etmələrini məsləhət görür və bu yöndə dəyərli məsləhətlərini də verir. Əslində Zəngilan rayon Komitəsinin rəhbərliyi tərəfindən belə bir addımların atılması, məhz cənab Prezidentin ölkə əhalisinin təhlükəsizliyinin təmin olunması yöndə etdiyi çağırışa verilən dəstəkdir.

Bu yöndə atılan addımlar onu sübut edir ki, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Zəngilan rayon Komitəsinin sədri Sənubər xanım Əliyeva, iş fəaliyyətini günün tələbləri səviyyəsində qurmağı bacaran, rəhbərlik etdiyi sahədə çalışan hər kəsə məxsus problemlərin həllinə çalışan və digər işgüzar addımlarını atan bir şəxsdir. İnanırıq ki, onun bu yöndə fəaliyyəti digər vəzifə sahibi olan şəxslər üçün bir örnək olacaq. Bundan əlavə, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Zəngilan rayon Komitəsinə sədrlik edən bu xanımın zəngin və mənalı həyat yolları, məhz bu qurumun həm işlək bir quruma çevrilməsinə, həm də tam əksəriyyətin adı çəkilən bu quruma etibar etməsinə səbəb olmuşdur. Bütün bunlar onu sübut edir ki, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Zəngilan rayon Komitəsi iş fəaliyyətini günün tələbləri səviyyəsində qurmağı bacaran, hər kəsə məxsus problemlərin aradan qaldırılmasına nail olan və digər uğurlu addımlarını atan bir quruma çevrilib.

Hazırladı: Namiq Əmrahov






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Dekabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031