sheffaf.az
sheffaf.az

Alim Babayevin uğurlu fəaliyyəti günün tələblərinə cavab verir

4-11-2020, 12:19

Alim Babayevin uğurlu fəaliyyəti günün tələblərinə cavab verir
Yəqin ki, ictimai həyatımızda həmkarlar ittifaqlarının oynadığı rolun əhəmiyyəti haqda tam əksəriyyət müəyyən qədər məlumatlara malikdirlər. Belə ki, istər istehsal və qeyri istehsl müəssisələrində, istərsə də ayrı-ayrı dövlət qurumlarında, həmçinin digər sahələrdə çalışan şəxslərin hüquqları pozularkən, məhz həmkarlar ittifaqları üzərinə düşən vəzifəni yerinə yetirməyə borclu olan bir qurumdur. Həmkarlar ittifaqları istehsal və ya qeyri-istehsal sahələrində çalışan işçilərin, pensiyaçıların, təhsil alan şəxslərin əmək, sosial, iqtisadi hüquqlarının, qanuni mənafelərinin müdafiəsi üçün iş yeri, peşələr və digər sahələr üzrə respublika səviyyəsində fərdi üzvlük prinsipi əsasında könüllü birləşdiyi, nizamnamələri və həmkarlar ittifaqları haqqında Qanun əsasında fəaliyyət göstərən müstəqil ictimai, qeyri-siyasi təşkilatdır. Adı çəkilən bu qurum haqqında Qanunun 3-cü maddəsində qeyd olunub ki, işçilər, pensiyaçılar, təhsil alan şəxslər heç bir fərq qoyulmadan öz istəkləri ilə, əvvəlcədən icazə almadan könüllü surətdə həmkarlar ittifaqları yaratmaq, habelə öz qanuni mənafelərini, əmək, sosial, iqtisadi hüquqlarını müdafiə etmək üçün həmkarlar ittifaqlarına daxil olmaq və bu ittifaqda fəaliyyət göstərmək hüquqlarına malikdirlər. Belə bir səbəblər üzündəndir ki, adı çəkilən bu qurumun fəaliyyət göstərməsinə hal-hazırda da daha çox ciddi ehtiyac duylur. Son vaxtlar həmkarlar ittifaqları atdıqları addımları ilə özünü təsdiq etdirir və hər kəsin bu quruma olan inam hissi günü-gündən artır. Bundan əlavə, qeyd olunan bu qurumun təşəbbüsü və təşkilatçılığı ilə keçirilən bir çox tədbirlər, həm əhali arasında maarifləndirmə təbliğatının həyata keçirilməsində, həm də həmkarlar ittifaqlarının üzərinə düşən vəzifə funksiyasının nələrdən ibarət olması yöndə, hər kəsin məlumatlı olmasına səbəb olur. Fakt budur ki, hal-hazırda bir çox sahələr üzrə fəaliyyət göstərən həmkarlar ittifaqlarının fəaliyyət istiqamətlərinin əsas qayəsi, məhz ölkəmizdə milli və ümumbəşəri dəyərlərə söykənən hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolunda ciddi addımların atılmasına, sağlam vətəndaş cəmiyyətinin formalaşmasına xidmət etməkdən ibarətdir.

Onu da qeyd edək ki, Azərbaycan Respublikası ikinci dəfə özünün müstəqil yaşamaq hüququnu əldə etdikdən sonra, ölkəmizdə demokratik dövlət quruculuğu yolunda uğurlu addımların atılması üçün müəyyən imkanlar yaradıldı. Bəli, artıq uzun illərdir ki, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Cəbrayıl rayon Komitəsinin bu yöndə göstərdiyi fəaliyyət də, hər kəsin gözləri önündədir. Hazırda adı çəkilən bu quruma rəhbərlik edən Alim Babayevin fəaliyyətində əsas istiqamət, məhz dövlətimizə, xalqımıza, ən əsası ulu öndər Heydər Əliyev ideyalarına sədaqətlə xidmət etməyə yönəlib, bu ideyaların yaşadılmasına hesablanıb. Qürurveririci hal ondan ibarətdir ki, belə bir yanaşma, belə bir münasibətin varlığı, məhz bu gün də özünü doğrultmaqdadır. Alim Babayevin həyat və fəaliyyəti haqda lazımi məlumatları əldə etdikdə o da məlum olur ki, bu şəxs hər zaman daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlməyi bacaran, xalqını sevən, dövlətçiliyimizin qorunmasına və möhkəmləndirilməsinə çalışan vəzifə sahibidir. Fakt budur ki, Babayev soyadını daşıyan bu şəxsin ötən illər ərzindəki işgüzar fəaliyyəti, həm tabe olduğu qurumun rəhbərliyinin, həm də rəhbərlik etdiyi kollektiv üzvlərindən hər birinin lazımınca dəyərləndirmələrinə səbəb olmuşdur. Bəli, Alim müəllim rəhbər şəxs olaraq hər zaman öz işində pirinsipiallıq və qətiyyətllilik nümayiş etdirmişdir ki, bu da hər vaxt təqdirəlayiq hal hesab olunur. Yəqin ki, tam əksəriyyət o haqda da məlumatlıdır ki, adı çəkilən bu şəxs Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Cəbrayıl rayon Komitəsinə rəhbər təyin olunduğu ilk günlərdən, bu rayonun təhsil sahəsində çalışan hər bir şəxsin qayğısına qalmış, onların istirahətlərinin düzgün təşkil olunmasında, müəyyən problemlərinin aradan qaldırılmasında əzmkarlıq nümayiş etdirmiş, bir sözlə ehtiyacı olan şəxslərə lazımi köməkliklərin göstərilməsində xüsusi rol oynamışdır. Əslində, belə bir yanaşmanın varlığı Alim Babayevin yüksək əxlaqa, mənəvi dəyərlərə hər zaman üstünlük verməsindən, insan amilini hər şeydən uca tutmasından irəli gələn səbəblərin varlığıdır. Onu da unutmaq olmaz ki, adı çəkilən bu şəxs rəhbərlik etdiyi qurumda elə bir idarəçilik qaydalarını həyata keçirir ki, bir kimsə onun atdığı addımlardan heç bir halda narazı qalmır. Belə bir səbəblər üzündəndir ki, bu gün istər Alim müəllimin tabeçiliyində çalışanlar, istərsə də kənar şəxslər hər zaman ona hörmət-izzətlə yanaşır, hörmət və etiramlarını da bildirirlər.

Bəli, biz də KİV nümayəndəsi olaraq bu yöndə atılan hər bir addımı alqışlayırıq və həm belə bir çətin,həm də şərəfli işində Alim Babayevə, onun rəhbərlik etdiyi kollektiv üzvlərinin hər birinə uğurlar arzulamağı özümüz üçün borc bilirik. Fakt budur ki, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Cəbrayıl rayon Komitəsinə sədrlik edən bu şəxsin zəngin və mənalı həyat yolları, məhz bu qurumun həm işlək bir quruma çevrilməsinə, həm də tam əksəriyyətin adı çəkilən bu quruma etibar etməsinə səbəb olmuşdur. Bütün bunlar onu sübut edir ki, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Cəbrayıl rayon komitəsi iş fəaliyyətini günün tələbləri səviyyəsində qurmağı bacaran, bu sahədə çalışan hər kəsə məxsus problemlərin aradan qaldırılmasına nail olan və digər uğurlu addımlarını atan bir quruma çevrilib. Bu da bir həqiqətdir ki, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Cəbrayıl rayon Komitəsinin bu yöndə fəaliyyəti digərləri üçün bir örnək olacaq və illər keçdikcə əksər problemlərin həllinə lazımi töhfələrini də bəxş edəcək. Bütün bunlar əsl həqiqətlər və reallığın görünən tərəfləridir. İnanırıq ki, hörmətli Alim Babayevin bugünkü addımları hər kəs tərəfindən alqışlayiq dəyərləndirilirsə, məhz gələcək də lazımınca dəyərləndiriləcək.

Hazırladı: Namiq ƏMRAHOV






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Dekabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031