sheffaf.az
sheffaf.az

Ermənilərin Gəncəni raket atəşəni tutması nəticəsində ölən və yaralananların sayı artdı - RƏSMİ

17-10-2020, 11:05

Ermənilərin Gəncəni raket atəşəni tutması nəticəsində ölən və yaralananların sayı artdı - RƏSMİ

Bu gecə gecə saat 01:00 radələrində Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəs rejiminini kobudcasına pozaraq Gəncəyə yenidən raket zərbələri endirməsi nəticəsində ölən və yaralananların sayı artıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin yaydığı açıqlamada bildirilib.

Bildirilib ki, bu vaxta qədər dağıntılar altından xəsarət almış 52 nəfər və 13 nəfərin cəsədi çıxarılıb.

Axtarış-xilasetmə əməliyyatı davam edir.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin “112” qaynar telefon xətti”nə dərhal məlumat verilməsi xahiş olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031