sheffaf.az
sheffaf.az

Distant təhsilə keçən məktəb və siniflərin sayı açıqlandı - RƏSMİ

30-09-2020, 17:08

Distant təhsilə keçən məktəb və siniflərin sayı açıqlandı - RƏSMİ

“21-28 sentyabr tarixlərində temperaturu 37 dərəcədən yüksək olan 387 şagird, 23 texniki işçi müəyyən olunub”.

Bunu Təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, tədris zamanı hərarəti yüksək olduğu üçün 78 şagird, iki heyət üzvü təcrid olunub:

“Bu tarixlərdə 210 şagird koronavirusa yoluxub. Şagirdlərdən 23 faizi, yəni dörd nəfərdən biri məktəbə gəlib, dörd nəfərdən üçü isə ailədə yoluxub və məktəb daxilində olmayıb”.

Nazir qeyd edib ki, bu dövrdə 19 sinif və bir məktəb distant təhsilə keçirilib:

“Növbəti həftədən onlarda iki həftəlik karantin müddəti bitdiyi üçün ənənəvi tədrisə qayıdılacaq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031