sheffaf.az
sheffaf.az

Ermənilər Bərdənin kəndlərini ağır artilleriyadan atəşə tutdu

30-09-2020, 15:49

Ermənilər Bərdənin kəndlərini ağır artilleriyadan atəşə tutdu
Ermənilər Bərdənin kəndlərini ağır artilleriyadan atəşə tutmağa başlayıb.

APA-nın xəbərinə görə, işğalçı ordunun hərbçiləri rayonun Xan Ərəb kəndinə beş ədəd top mərmisi atıb.

Mərmilərdən dördü əkin sahələrinə, biri isə kənd sakini İsmayılov Adışirin Xasay oğlunun həyətinə düşüb.

Nəticədə, iki baş iribuynuzlu heyvan tələf olub, biri isə qəlpə yarası alıb.

Mərmi düşən vaxtı evdə səkkiz nəfər olub, xəsarət alan olmayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031