sheffaf.az
sheffaf.az

Beylaqan rayon Dünyamalilar kənd Ə. Şirinov adına 1 - nömrəli tam orta məktəbin direktoru Gülxara xanim Niftaliyevanin yeni dərs ilinə uğurlu adımları.

23-09-2020, 11:00

Beylaqan rayon Dünyamalilar kənd Ə. Şirinov adına 1 - nömrəli tam orta məktəbin direktoru Gülxara xanim Niftaliyevanin yeni dərs ilinə uğurlu adımları.

Onunla bir dəfə görüşüb həmsöhbət olanlar , istər - istəməz , yeni görüşlərə can atir . Sinəsi hikmət xəzinəsidir . Danışanda doğma dilimizin gözəlliyinə bir daha valeh olursan . Zərgər dəqiqliyi ilə seçib çılaladiği sözləri mirvari kimi sapa düzür . Onun bəlağətli nitqində adı sözlər belə yeni məna kəsb edir . Iti məntiqi , əxlaqi dəyərlərə verdiyi ölçüsüz qiymət adamı ovsunlayir .

Həmsöhbətinin ruhuna elə sığal çəkir , varlığına elə qeyri - adı rahatliq gətirir ki, sözünün sehrindən çixa bilmirsən . Bu insan haqqinda nə qədər desən , xoş sözlər söyləmək olar . Bu şəxs bizlərə elm öyrədən yüzlərlə , minlərlə müəllimlərmizin fəaliyyət göstərdiyi təhsil ocaqlarindan birinə rəhbərlik edir . Adi qazandiği uğurlara görə daim önçüllər sırasında çəkilən bu məktəb Beylaqan rayon Dünyamalilar kənd Ə. Şirinov adına 1- nömrəli tam orta məktəbdir .
Doğru deyirlər ki, hər şey rəhbərlikdən başlayir . Əgər rəhbərlik səriştəli , təcrübəlidirsə və işlərini günün tələbləri səviyyəsində qura bilirsə , demək , orada uğur da qazanmaq olar , müvəffəqiyyət də . Gülxara xanim Niftaliyeva da elə bu baximdan işlərini günün tələbləri səviyyəsində qurmağa müvəffəq olub .
Beylaqan rayon Dünyamalilar kənd Ə. Şirinov adına 1 - nömrəli tam orta məktəbin direktoru Gülxara xanim Niftaliyevanin yeni dərs ilinə uğurlu adımları.

Gülxara xanimla söhbət zamanı qeyd etdi ki, direktor vəzifəsinə təyin olunan gündən bu işin nə qədər çətin və məsuliyyətli olduğunu dərk edərək işlərimi günün tələbləri səviyyəsində qurmağa başladım. Fikirləşdim ki, nizam - intizam , dərsə davamiyyət olan yerdə uğurdan danışmaq olar . Bu gün bizim təhsil ocağimizda şagirdlərin elmi biliklərə dərindən yiyələnməsi üçün əlindən gələnləri əsirgəməyən təcrübəli pedaqoqlarimiz çalışır. Onların hər biri şagirdlərə valideyn qayğisi göstərir , gələcəkdə cəmiyyətimizdə özlərinə layiqli yer tutmaları üçün var qüvvələri ilə çalışırlar. Elə bu səbəbdən də məzunlarimizin əksəriyyəti yüksək bal toplayaraq ali və orta ixtisas məktəblərinə qəbul olurlar .
Bu gün təhsil sahəsinə göstərilən diqqət və qayği hamımızı sevindirir . Elə bütün bunların nəticəsidir ki, təhsilimizin səviyyəsi ildən - ilə yüksəlməkdədir . Respublikamizin bütün rayon , kənd və qəsəbələrində ən müasir standartlar səviyyəsində inşa edilən məktəb binalarının tikilməsi və bu binaların lazımi tədris avadanliqlari ilə təchiz olunması dediklərimizin bariz nümunəsidir .
Bu uğurlara görə ilk növbədə ölkə Başçisi Ilham Əliyev cənablarina minnətdar olmalıyiq. Ölkə Başçısının təhsil sahəsinə göstərdiyi qayğini hami kimi bizim kollektivimiz də hiss edir .
Indi məktəblərimizin məzunlarinin səsi - soraği dünyanın ən mötəbər elm ocaqlarindan eşidilməkdədir . Bu da təhsilmizin yüksəliş yollarında olmasından bir daha xəbər verir .
Təhsil ocağimizda təcrübəli müəllimlər çoxdur . Onlardan biri də direktor müavini Vaqif Quliyevdir . Vaqif müəllim şagirdlərin təlim - tərbiyəsi ilə yaxindan məşğul olan pedaqoqlardandir . Onun səriştəli əməyi sayəsində məktəbimiz ildən - ilə uğur üstə uğur qalayir . Məktəbimizi bitirən şagirdlərin demək olar ki, bir çoxu ali və orta məktəblərə qəbul olur . Təhsilin yüksək səviyyədə aparılması üçün məktəbimizdə lazımi şərait yaradılıb. Ən müasir avadanliqlar hesabına işlərimiz günün tələblərinə cavab verir .
Təhsil ocağimizda 531 - şagirdin təlim - tərbiyəsi ilə 55 - müəllim kollektivi məşğul olur . Dərslərə davamiyyət normaldir.
Biz müəllimlər bundan sonra da cəmiyyətmizə layiqli vətəndaşlar hazırlamaq üçün əlimizdən gələni əsirgəməyəcəyik .
Son olaraq qeyd edirəm ki, biz pedaqoji işçiləri əldə olunan uğurlar heç də arxayinlaşdirmir ,əksinə , bizlər daha səmərəli işlər görmək əzmi ilə çalışıriq.
Biz də öz növbəmizdə Beylaqan rayon Dünyamalilar kənd Ə. Şirinov adına 1- nömrəli tam orta məktəbin direktoru Gülxara xanim Niftaliyeva başda olmaqla bütün pedaqoji kollektivə işlərində uğurlar arzulayiriq .

Hazırladı : Namiq Qubali.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031