sheffaf.az
sheffaf.az

Beylaqan rayon Dünyamalilar Bələdiyyəsi nümunəvi addımları ilə ad-san çıxarıb

21-09-2020, 10:30

Beylaqan rayon Dünyamalilar Bələdiyyəsi nümunəvi addımları ilə ad-san çıxarıb
...Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu Tanrının qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Beylaqan rayon Dünyamalilar Bələdiyyəsinin sədri Yalçın Ağayev Vətənə ləyaqət nümunəsi sayılacaq məmurlardandır.

O da hər kəsə bəllidir ki, ölkəmizin şəhər və rayonlarında, kənd və qəsəbələrində, iri yaşayış məntəqələrində və digər ərazilərində vəzifə sahibi olan şəxslərin sakinlərə qarşı bəslədikləri münasibətlərin varlığı, həyata keçirdikləri idarəetmənin göstəriciləri, bir sözlə yürüdülən dövlət siyasətinin müdafiə olunması istiqamətində atdıqları addımlar və s. çox zaman ictimai müzakirələrə səbəb olur. Düzdür, elə hallar olur ki, həmin şəxslərə qarşı ictimai fikirdə rəğbət hissi formalaşır, elə hallar da olur ki, onlara qarşı nifrət, qəzəb, hətta ən nəlayiq fikirlərin ifadə olunduğu yanaşmalar da ortaya qoyulur. Belə olan halda ortaya maraqlı və düşündürücü suallar çıxır ki, görəsən bu kimi yanaşmaların kökündə hansı amillərin varlığı durur? Belə bir sualı cavablandırmaq üçün heç də alim olmaq lazım deyil. Çünki, istənilən sahəyə rəhbərlik edən şəxs ilk öncə üzərinə düşən vəzifənin məsuliyyətini hiss etməli, sakinlərə qarşı davranışında lazımi tələblərə əməl etməli, atdığı addımları ilə ətrafdakılara nümunə olmalı, problemlə üz-üzə qalan hər kəsi dinləməli və imkan daxilində insanlara kömək əlini uzatmalı, ən əsası bir vətəndaş olaraq öz iradəsini ortaya qoymağı bacarmalıdır. Haqqında bəhs etdiyimiz Beylaqan rayon Dünyamalilar Bələdiyyəsinin sədri Yalçın Ağayev da, məhz sadaladığımız belə bir göstəriciləri özündə cəmləşdirən vəzifə sahibidir. Bir müddət bundan öncə adı çəkilən bu inzibati ərazi dairəsində olmağımız, yerli sakinlərdən bəziləri ilə etdiyimiz söz-söhbətlər, ümumi müşahidlərimiz və s. bizdə belə bir qənaətin formalaşmasına səbəb oldu ki, Yalçın Ağayev üzərinə düşən vəzifə borcunu lazımınca yerinə yetirən, rəhbərliyin verdiyi tapşırıqların həllinə çalışan, ələlxüsus sadə sakinlərin problemlərinin həllinə çalışan vəzifə sahibidir. Bu kimi göstəriciləri özündə cəmləşdirən, həyata keçirdiyi müdrik idarəçiliyin varlığı səbəbindən inzibati ərazi dairəsi yaşayan sakinlərin rəğbət hissini qazanan Beylaqan rayon Dünyamalilar Bələdiyyəsinin sədrinin adı, hal-hazırda hər kəs tərəfindən hörmət və rəğbət hissi ilə çəkilir.

Bəli, dogurdan da cəmiyyətdə sayılıb seçilməyin yolu dürüstlükdən keçir. Yalçın Ağayev millətimizin yətişdirdiyi bir ziyalıdır. Yalçın müəllim sıradan bir şəxs deyil, bütün ömrünü insanların rifahı işinə sərf edib. O, əsl Vətən daşıdır. Onun qəlbi böyükdür. Çünki o, hamının acısına acımağı, sevincinə sevinməyi bacarır. Bu adam bütün varlığı ilə Vətənə bağlı adamdır. Bu adam bu dünyadakı var dövləti yox, insanlıgı, xeyrxahlıgı sevir, bu amalla yaşayır.

Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmur problemi tarixən olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Təşəbbüskar Azərbaycan vətəndaşı, ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi, bu problem məni həmişə düşündürüb. Qəti qərara gəlmişəm ki, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib.

Yaxşıların yaxşı olduğunu deməklə kimin-kim olduğunu deyirik, yaxşılara yaxşı deməklə onları daha böyük işlər görməyə ruhlandırırıq. Digərlərini isə yaxşılardan nümunə götürməyə səsləyirik. “Xalqın ən böyük xidmətçisi mənəm. Məndən nümunə götürün” – deyən prezident İlham Əliyevdən kim nümunə götürdü?

Yalçın Ağayev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

O, yüksək biliyi və təhsili, yüksək siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

O, rəhbər kimi ani və düzgün qərar qəbul edə bilən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Yalçın Ağayevin böyüklüyü onun sadəliyində və insanlara səmimi münasibətindədir!

O, bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Bəli, Beylaqan rayon Dünyamalilar Bələdiyyəsinin sədri Yalçın Ağayev istər rəhbəri oldugu kollektiv, istərsə də ictimaiyyət tərəfindən sevilir, hörmətlə qəbul edilir. Çünki o bu vəzifəyə təsadüfi göndərilməyib. Çünki o, oliqarx deyil və ömrü boyu hansısa post uğrunda mübarizə aparmayıb. Mübarizə apardığı bir sahə olub, o da ona tapşırılan vəzifədir ki, bu sahədə də həmişə üzüagdır. Baxın ədalətli mövqe budur. Ədalətli mövqe insana onun üçün sərf etdi-etmədi deyil, real olanı danışmaqdır. Ədalətsizlik cəmiyyətdə ölüm virusu tək təhlükəlidir, imkan vərərsiniz ənənəvi hal alar.

Beylaqan rayon Dünyamalilar Bələdiyyəsinin sədri Yalçın Ağayev bütün bölgədə belə xarakterizə olunur

… Yalçın Ağayev, bu posta gəlmək üçün planlar qurmayıb, mübarizə aparmayıb. Əksinə onun bu posta olmasını istəyiblər…

… Yalçın Ağayev hökmü, məmur gücü, sərəncamı ilə deyil şəxsiyyəti ilə insanlar üzərində idarəçilik qurub. Hətta bəzən insanların ona “cənab rəis” yox daha üstün sayğı ilə “müəllim” deməsi də burdan qaynaqlanır.

Sonda onuda qeyd etmek isdəyirəmki Ağayev Yalçın İnqilab oğlu 2019-2020 il üçün büdcə 59min 660 manat nəzərdə tutulub.Onlardan 18240 manatı fiziki şəxslərdən torpaq vergisi 9800 manat əmlak vergisi, torpaq satışından daxil olma 8000 manat, icarə torpaqlarından daxil olma 20 000 manat, Dövlət tərəfindən datasya 2620 manat.

Dünyamalılar Bələdiyəsinin 11 üzvü var.

2019-cu il Dünyamalılar Bələdiyəsinin ən böyük layihəsi Yalobası yaşayş məntəqəsində tibb məntəqəsinin tikintisi və istismara veriıməsi,7km yolların cari təmir işləri aparılmışdır, Qurban bayramı əlaqədar 50 nəfərə yardm verilmişdir.

2020-ci ildə Bələdiyə Mart ayında Novruz bayramı ilə əlaqədar 30 nəfər az təmimatlı ailələrə 600 manat dəyərində yardım etmişdir, Pandemiya ilə əlaqədar 50 ailəyə 1250 manat dəyərində yardm edilmişdir, Pandemiyaya qarşı mübarizə dəstək fonduna 300 manat vəsait köçürülmüşdür, Bələdiyyənin inzibati binasının təmirinə 7400 manat vəsait ayrlaraq həyata keçrilmişdir.1.5 km əsaslı təmir həyata keçrilmişdir .Qurban Bayramı ilə əlaqədar şəhid ailələrinə qarabağ əlilərinə imkansız ailələrə daxil olmaqla 80 ailəyə 130 kq həcmində qurban payı paylanmışdır.Bələdiyyənin təsisçiliylə MMC yaradılmış və 100ha torpaq sahəsində pambıq əkini aparılmışdır və yaxşı nəticə əldə edəcəyimizə inanırıq.Bundan əlavə son olaraq kənd daxili yollardan keçən suvarma kanalı üzərində 8 körpü, beton turbalara vasitəsi ilə bərpa olunmuşdur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031