sheffaf.az
sheffaf.az

Masallı Şəhər " Vileş " Uşaq bağçasinin direktoru Şəfa xanim Allahverdiyeva peşəsinə və ölkə Başçisina sədaqət nümunəsidir

21-09-2020, 11:30

Masallı Şəhər " Vileş " Uşaq bağçasinin direktoru Şəfa xanim Allahverdiyeva peşəsinə və ölkə Başçisina sədaqət nümunəsidir
Hər kəsə bəllidir ki, bu gün ölkəmizin müxtəlif ərazilərində fəaliyyət göstərən körpələr evi-uşaq bağçalarında vəziyyət günü-gündən yaxşılaşmaqda davam edir. Belə bir halın varlığını zəruri edən bir çox səbəblər var ki, həmin səbəblər içərisində daha çox azyaşlıların sağlam və vətənpərvər ruhda böyüyüb tərbiyə olunmaları, fiziki və mənəvi inkişafının göstəricisi, onların istedadlı və bacarıqlı olmalarının üzə çıxarılması və s. yöndə atılan addımlardır. İndiyə kimi əldə olunan nəticələr hər kəsdə belə bir qənaətin formalaşmasına səbəb olub ki, əgər ailələr, məktəbəqədər tərbiyə müəssisələri, orta məktəblər birgə və səmərəli fəaliyyət göstərərlərsə, o halda əldə olunan nəticələr də daha uğurlu olar. İndiki dövrümüzdə hər bir azyaşlının sağlam böyüməsi, Vətənə layiqli övlad olması, onun hər qarış torpağını müdafiə etməyə çalışması, məhz belə bir əlaqələrin varlığını olduqca zəruri edir. Bəli, bu gün dövlətimizin həyata keçirdiyi islahat proqramlarında əsas prioritet məsələlərdən biri də, məhz yeni nəslin sağlam və hərtərəfli formalaşmasına nail olmaqdır. Bu kimi səbəblər üzündən də, uşaqların sağlam bədənə, təmiz əxlaqa və intellektual düşüncəyə sahib olmaları üçün, hal-hazırda ölkəmizdə məqsədyönlü və ardıcıl islahat proqramları həyata keçirilməkdədir.

Onu da qeyd edək ki, hər bir azyaşlının sağlam ruhda böyüməsində, formalaşmasında, lazımi səviyyədə tərbiyə olunmasında və s, məktəbəqədər tərbiyə müəssisələrinin rolu olduqca böyükdür. Onu da unutmayaq ki, uşaqlar həm bizim sevincimizdır, həm də gələcəyimizdir. Ona görə də, gələcəyimizin daha etibarlı əllərdə olması üçün, bu gün dövlətimiz tərəfindən bütün imkanlar səfərbər olunur, kompleks tədbirlərlər proqramı həyata keçirilir. Əsas məqsəd, hər bir azyaşlının fiziki və mənəvi cəhətdən sağlam böyüməsinə, istetdad və qabiliyyətlərinin və digər göstəricilərinin üzə çıxarılması yolunda əmələ gələn maneələri aradan qaldırmaqdan ibarətdir. O da hər kəsə bəllidir ki, bu gün ölkəmizin bütün şəhər və rayonlarında, irili-xırdalı yaşayış məntəqələrində fəaliyyət göstərən körpələr evi-uşaq bağçalarında uşaqların sağlam böyümələri, lazımi təminatlarının dolğun şəkildə ödənilməsi, onlara ən yüksək səviyyədə diqqət və qayğının göstərilməsi və s. dövlət-hakimiyyət orqanlarının qarşısında duran əsas vəzifələrdən biridir. Belə bir amillərin varlığı hər zaman ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən də diqqətdə saxlanılır və uşaqların hüquqlarının müdafiəsi ilə bağlı lazımi addımlar da atılır. Onu da bildirək ki, Respublikamızda hər bir azyaşlıya dövlət qayğısının gücləndirilməsi, onların problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması, uşaqlarla bağlı demoqrafik perspektivlərin müəyyənləşdirilməsi məqsədilə, 22 dekabr 2008-cil tarixdə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən Sərəncam imzalamışdır. İmzalanmış sərəncama əsasən 2009-cu il ölkəmizdə “Uşaq ili” elan olunmuş və gənc nəslin tərbiyəsinin formalaşması, təhsilinin inkişaf etdirilməsi və s, imzalanmış sərəncamda əsas hədəflərdən biri kimi öz təsdiqini tapmışdır.

Yuxarıda qeyd etdiklərimizdən əlavə onu da bildirək ki, 01 iyun günü hər il ölkəmizdə Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunur və bugünün əsası 1950-ci ildə BMT-nin Baş Assambleyası tərəfindən qoyulub. Əsas məqsəd də, məhz 01 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək olub və həmin gün Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, hər il 01 iyun günü Azərbaycan Respublikasında da təntənəli şəkildə qeyd olunur. Bu cür addımların, qəbul edilən qərarların əsas mahiyyəti və əhəmiyyəti, yalnız və yalnız uşaqların hüquqlarını müdafiə etmək, onların cəmiyyətdə rolunu lazımınca qiymətləndirməkdən ibarətdir. Hal-hazırda respublikamızın müxtəlif ərazilərində, o cümlədən üç il bundan əvvəl Masallı şəhəri ərazisində fəaliyyətə başlayan 100 yerlik “Viləş” uşaq bağçasının fəaliyyəti də, hər kəsin nəzər-diqqətini cəlb etməkdədir. Yəni, hər kəs təsdiq edə bilər ki, ötən illər ərzində bu uşaq bağçasının bir neçə nəfər rəhbrlik etsə də, bugünkü rəhbəri Şəfa xanım Allahverdiyevanın idarəçiliyi, hal-hazırda bu uşaq bağçasına yeni-yeni uğurlar bəxş etməkdədir. Çünki, adı çəkilən bu xanım ötən müddət ərzində işgüzar fəaliyyətilə, nəinki rəhbərlik etdiyi kollektivin, hətta çoxsaylı valideyinlərin də rəğbət və hörmət hissini qazana bilmişdir. Buna da əsas səbəb, “Viləş” uşaq bağçasına rəhbərlik edən Şəfa xanımın ilk növbədə nizam-intizama, qayda-qanunun tələblərinə olduqca diqqət yetirməsi olub. Belə bir səbəb üzündəndir ki, Masallı şəhəri ərazisində nümunəvi fəaliyyəti ilə xüsusi ad-çıxaran və çoxsaylı körpələrin formalaşmasında, onların sağlam ruhda tərbiyə olunmalarında xüsusi rolu olan bu uşaq bağçasının adı dillər əzbəri olub.

Qeyd edək ki, Şəfa xanım Allahverdiyeva Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olub və ailə həyatı qurması səbəbindən, onlar 1996-cı ildə Masallı şəhərinin İsgəndərli adlanan ərazisinə köçməli olurlar. Hazırda üç övlad anası olan Şəfa xanımın iki qız, bir oğul övladı var. Orta təhsilini uğurla başa vurduqdan sonra o, musiqi müəllimi ixtisasına yiyələnir və ilk dəfə Masallı rayonundakı “Sərçuvar” uşaq bağçasında musiqi müəllimi olaraq əmək fəaliyyətinə başlayır. Hal-hazırda Şəfa xanım “Viləş” uşaq bağçasına rəhbərlik etsə də, o, eyni zamanda Kiyev Milli Aviasiya Universitetinin Beynəlxalq hüquq fakültəsində qiyabi ali təhsilni də davam etdirməkdədir. Adı çəkilən bu xanımın bəzi xarakterik xüsusiyyəti haqda lazımi məlumatlar əldə etdikdə o da bəlli olur ki, Şəfa xanım mükəmməl pianino ifa etməyi bacarır, gözəl tikmələri və orijinal əl işləri var, avtomobil sürmək onun əsas xobbilərindəndir, sürücülük vəsiqəsini imtahan verməklə özü əldə edib, yaşadıqları həyətlərində ağacların calaq edilməsi işlərini özü görə bilir ki, bu da həyət-bacanın gülüstana çevrilməsi ilə nəticələnir. Bundan əlavə o, şirniyyat bişirməkdə bir kimsəni özünə rəqib görə bilmir. Onun danışığında və davranışında sabaha inam hissi olduqca güclü olduğundan, o, hər şeyin zamanı çatanda gözəl olacağna inanır və hər kəsin də, məhz öz işinə vicdanla, fədakarlıqla, yeni ruh hissi ilə yanaşması qənaətində olur.

Elə ki, Şəfa xanım Allahverdiyeva ilə uşaqlıq illərinin ötən xatirələri haqda müəyyən qədər söz-söhbətlər edirsən, o halda o, həmin illərin ötən anları haqda nələrisə danışır və onu qeyd edir ki, “Ata evində olarkən hər kəsə, ələlxüsus dostluq etdiyim uşaqlara, qohum-əqrəbaya hədsiz dərəcədə qayğı göstərirdim. Açıq-aşkar şəkildə desəm, sanki insanları sevindirdikcə öz-özlüyümdə zövq alırdım. Mən daim o böyük Yaradana dua edirdim ki, mənə elə bir imkan versin ki, hər kəsi sevindirə bilim. Bəli, taleh elə gətirdi ki, qarşıma mənim kimi düşüncə və amal sahibi olan bir insan çıxdı və həyat yoldaşım xeyriyyəçilik arzularımı, hətta mənim düşündüyümdən də yüksək səviyyədə yerinə yetirməyə çalışdı. Dəfələrlə Lənkəran şəhərindəki uşaq evinə, digər xeyriyyə icmalarına köməkliklər göstərmişik, ehtiyacı olan insanlara əl uzatmışıq, yardımlar etmişik və bu gün də bu yöndə addımlarımızı davam etdiririk. Bütün bunların nəticəsidir ki, hazırda əksəriyyət mənə Ana Səfa deyə yanaşma ortaya qoyurlar.

Mən əvvəlcə “Sərçuvar” uşaq bağçasında musiqi rəhbəri işləyirdim və bir neçə ildən sonra yaşadığımız evin yaxınlığında bir özəl uşaq bağçası inşa olundu. Düzdür, bağça elə gözəl və yaraşıqlı bir üslubda inşa olunmuşdu ki, bağçaya baxdıqca öz-özümə deyirdim ki, indi uşaq olaydım və bu bağçaya gedənlər sırasına qoşula biləydim. Az sonra tale elə gətirdi ki, bağçaya rəhbərlik etmək mənə təklif olundu. İlk əvvəl bir qədər tərəddüd etdim, buna da əsas səbəb rayonumuzda özəl bağça nümunəsinin olmaması idi. Çox götür-qoy etdikdən sonra razılaşdım. İlk vaxtlar bağçada çox az uşaq var idi. Buna da səbəb, bu bağçanın rayonda ilk özəl bağça olması və insanların tərəddüd etmələri idi. Bu gün isə “Viləş” uşaq bağçası çoxlarının arzularının, xəyallarının gerçəkləşdiyi bir ünvana çevrilib.

Bəli, biz ilk gündən çalışdıq ki, işlərimizi aşkarlıq şəraitində quraq. Yəni, valideynlər uşaqlarının bağçada necə dincəldiklərini, nələri öyrəndiklərini, nə yediklərini, müəllimlərin onlara olan rəftarlarını və s. hər an izləyə bilsinlər. Bunun üçün onlayın kamera xəttlərini quraşdırdıq. Bu gün hər bir valideyn harada olursa-olsun, bağçada olan övladının hər anını izləyə bilir. Bundan əlavə, müəyyən bukletlər hazırlayıb onu çoxsaylı insanlar arasında payladıq, əsas giriş yollarına reklam lövhələri quraşdırdıq. Bağçanın fəaliyyət göstərdiyi vaxtlarda hər bir uşağın əli spirt ilə dezinfeksiya olunurdu, hərarəti yoxlanılırdı və bağçanın daxili hissələri və həyət-bacası vaxtaşırı dezinfeksiya olunurdu, uşaqlar hər cümə günü həkim müayinəsindən keçirilirdilər. Hazırda koronovirus pandemiyası səbəbindən fəaliyyət göstərməsək də, hər bir uşağın valideyni ilə əlaqə saxlayıb onlarla maraqlanmağa çalışırıq. Onu da qeyd edim ki, bağçamızda keçirilən müxtəlif tədbirlərlə bağlı uşaqlara xüsusi geyimlər, yəni polis, tibb işçisi, hərbiçi geyim formaları verilsə də, buna görə uşaqların valideyinlərindən ödəniş alınmır. Məsələn, polis günü uşaqları polis geyimində polis şöbəsinə, tibb işçilərinin peşə bayramı günündə onları ağ xalatda mərkəzi xəstəxanaya, ordu günündə hərbi formada yaxınlıqdakı hərbi hissəyə, mətbuat günündə bəzi redaksiyalara və s. kimi yerlərə aparıb, onlar üçün olduqca maraqlı səfərlər təşkil edirik. Rəhbərlik etdiyim bağçada Azərbacan dilli qrupundan başqa ingilis və rus dili qrupları da var. Azərbaycan dili qrupunda ingilis və rus dilləri də öyrədilir. Bundan başqa, bağçamızda 1-2 yaş həddində olan uşaqlar üçün də qruppa var.

Mətbəximizdə əsasən, Azərbaycan, alman və rus milli mətbəxlərinin menyusu əsasında yemək hazırlanır. Hər həftə, bəzən hər gün fərqli menyular hazırlamağa, qidalarımızın keyfiyyətli olmasına çalışırıq. Məsələn, yağın ən yaxşısını alırıq, tərəvəzi, meyvəni inandığımız şəxslərdən götürürük. Uşaqlara müəyyən günlərdə dağ balı, kakolu süd və s. veririk. Həftədə üç dəfə peşəkar rəqs müəllimi bağçaya gəlir və uşaqlara nəinki Azərbaycan, hətta dünya rəqslərini də öyrədir. Uşaqlar öyrəndiklərini bəzən rayon səviyyəli tədbirlərdə nümayiş etdirirlər. Bir sözlə, indiyə kimi görüdüyümüz işləri sadalamaqla qurtarmaq olmaz. Çalışırıq ki, uşaqlar evdə olduğundan da gözəl vərdişlərə, ələlxüsus süfrə mədəniyyətinə, davranış mədəniyyətinə, danışıq mədəniyyətinə, bir sözlə yüksək etika qaydalarına və s. kimi vərdişlərə yiyələnsinlər.

Hazırda rəhbərlik etdiyim “Viləş” uşaq bağçası 4 nəfəri texniki işçi olmaqla 15 nəfər əməkdaşla fəaliyyət göstərir və bu bağça ödənişli olduğu üçün, heç bir maliyyə problemimiz olmur. Əmələ gələn hər bir problemi yerindəcə həll etməyi bacarırıq və bütün elektron vasitələrdən də maksimum faydalanırıq. Son günlərimizin ən önəmli hadisəsi daha bir vədimizin reallaşması oldu. Belə ki, söz vermişdik ki, “Viləş” uşaq bağçasına mikroavtobus alaq, onu da aldıq. 17 yerlik (hər oturacağı qoruyucu kəmərli ) komfortlu şəraiti olan avtobus uşaqları evlərindən götürür və evlərinə də qaytarır. Ekskursiyaya, digər səfərlərə getməyimiz də rahatlaşıb. Mikroavtobusun maqnitofonundakı mahnılardan, yan tərəflərindəki şəkillər uşaq dünyasından xəbər verir. Yuxarıda qeyd etdiyim kimi, rəhbərlik etdiyim “Viləş” uşaq bağçası koronovirus pandemiyası səbəbindən fəaliyyətini müvəqqəti dayandırıb.

Onu da qeyd edək ki, “Viləş” uşaq bağçasına rəhbərlik edən Şəfa xanım Allahverdiyevanın ilin əziz günlərində təşkil etdiyi tədbirlərin, konsert proqramlarının hər biri, uşaqlarla bərabər, sanki valideyinlərin də yaddaşlarında silinməz izlər buraxır. 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü bağçada xüsusi qeyd olunduğundan, azyaşlılar həmin günün gəlişini səbirsizliklə gözləyirlər. Buna da əsas səbəb, qeyd olunan gündə xüsusi bayram tədbirlərinin düzənlənməsi, konsert proqramlarının təşkil olunması olur. Bütövlükdə “Viləş” uşaq bağçasının otaqlarında, yeməkxanasında, həyət-bacasında yaradılmış səliqə-səhman onu sübut edir ki, rəhbərlik müdrik idarəçiliyini həyata keçirir və bu yöndə addımların atılması azyaşlıların, valideyinlərin rəhbərliyə qarşı rəğbət hissinin artmasına da səbəb olur. Körpələrin vaxtlı-vaxtında tibbi müayinədən keçirilmələri, sağlamlıqlarının daim diqqətdə saxlanması və s, məhz Şəfa xanım Allahverdiyevanın həyata keçirdiyi idarəçiliyin bəlli olan tərəfidir. Onu da qeyd edək ki, istər rəhbərliyin, istərsə də kollektiv üzvlərinin azyaşlılar arasında təbliğ etdikləri təbliğatlardan biri də, onların Vətənin hər qarış torpağının qədrini bilmələri, canlarını bu yolda fəda etməyə hazır olmaları, ataya, anaya, qardaşa, bacıya qarşı məhəbbət hissi, böyüklərə hörmət, qocalara, əlillərə mərhəmət və ehtiram hisslərinin varlığıdır.

Yuxarıda qeyd etdiklərimizi əsas tutub onu da qeyd edək ki, Masallı şəhəri ərazisindəki “Viləş” uşaq bağçasında təcrübəli və peşəkar şəxslərin çalışmaları, onların azyaşlılara qarşı olduqca qayğıkeş olmaları daha çox diqqəti cəlb edir. Bəli, bu cür idarəçiliyin, bu cür yanaşmaların varlığı onu təsdiq edir ki, atılan addımların varlığı hər kəsə başucalığı gətirən, dövlətimizin və xalqımızın maraqlarının təmin olunması yöndə atılan addımlardır. Onu da unutmaq olmaz ki, “Viləş” uşaq bağçasında çalışan müəllimlərin tam əksəriyyəti, məhz məktəbəqədər pedaqoqikanı mükəmməl bildiklərindən, onların fəaliyyətləri ildənilə daha da təkmilləşir. Bütün bunlar onu söyləməyə əsas verir ki, Viləş” uşaq bağçasında məktəbəqədər pedoqoji prosesdən irəli gələn vəzifələr lazımi səviyyədə yerinə yetirilir, gündəlik yeni-yeni uğurlara qovuşmaq da mümkün olur.

Hazırladı: Namiq ƏMRAHOV

Masallı Şəhər " Vileş " Uşaq bağçasinin direktoru Şəfa xanim Allahverdiyeva peşəsinə və ölkə Başçisina sədaqət nümunəsidir
Masallı Şəhər " Vileş " Uşaq bağçasinin direktoru Şəfa xanim Allahverdiyeva peşəsinə və ölkə Başçisina sədaqət nümunəsidir
Masallı Şəhər " Vileş " Uşaq bağçasinin direktoru Şəfa xanim Allahverdiyeva peşəsinə və ölkə Başçisina sədaqət nümunəsidir
Masallı Şəhər " Vileş " Uşaq bağçasinin direktoru Şəfa xanim Allahverdiyeva peşəsinə və ölkə Başçisina sədaqət nümunəsidir
Masallı Şəhər " Vileş " Uşaq bağçasinin direktoru Şəfa xanim Allahverdiyeva peşəsinə və ölkə Başçisina sədaqət nümunəsidir
Masallı Şəhər " Vileş " Uşaq bağçasinin direktoru Şəfa xanim Allahverdiyeva peşəsinə və ölkə Başçisina sədaqət nümunəsidir
Masallı Şəhər " Vileş " Uşaq bağçasinin direktoru Şəfa xanim Allahverdiyeva peşəsinə və ölkə Başçisina sədaqət nümunəsidir
Masallı Şəhər " Vileş " Uşaq bağçasinin direktoru Şəfa xanim Allahverdiyeva peşəsinə və ölkə Başçisina sədaqət nümunəsidir
Masallı Şəhər " Vileş " Uşaq bağçasinin direktoru Şəfa xanim Allahverdiyeva peşəsinə və ölkə Başçisina sədaqət nümunəsidir
Masallı Şəhər " Vileş " Uşaq bağçasinin direktoru Şəfa xanim Allahverdiyeva peşəsinə və ölkə Başçisina sədaqət nümunəsidir






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031