sheffaf.az
sheffaf.az

Naftalan rayon Komitəsinin sədri peşkarlığı və bacarığı ilə fərqlənən vəzifə sahibidir

24-07-2020, 07:30

Naftalan rayon Komitəsinin sədri peşkarlığı və bacarığı ilə fərqlənən vəzifə sahibidir

Bəlli bir həqiqətdir ki, ölkəmizdə həmkarlar ittifaqlarının fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası, “Həmkarlar İttifaqları haqqında” Azərbaycan Respublikasının Qanunu və həmkarlar ittifaqlarının fəaliyyətinə aid digər qanunvericilik aktları ilə tənzimlənir. Respublikamızda fəaliyyət göstərən həmkarlar ittifaqları, 1993-cü ildə həmkarlar ittifaqlarının qurultayında təsis olunmuş Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) birləşirlər. Həmkarlar ittifaqları istehsal və qeyri istehsal sahələrində çalışan işçilərin, pensiyaçıların, təhsil alan şəxslərin əmək, sosial-iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə edən, dövlət orqanlarından, siyasi partiyalardan və ictimai birliklərdən asılı olmadan fəaliyyət göstərən müstəqil, ictimai və qeyri-siyasi təşkilatdır. Həmkarlar ittifaqları öz üzvlərinin əmək hüquqlarını müdafiə edir və dövlət məşğulluq siyasətinin hazırlanmasında da yaxından iştirak edirlər. Həmkarlar ittifaqları kollektiv müqavilələrin hazırlanması və bağlanması zəruriliyi haqqında qərar qəbul edirlər və bu müqavilənin tərəfi kimi çıxış edirlər. Əmək, sosial- iqtisadi münasibətlərin tənzimlənməsi məqsədilə müddəti bir ildən üç ilədək olmaqla, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası, Azərbaycan Respublikası Nazirlər Kabineti və Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları arasında bağlanan baş kollektiv sazişlərin xüsusi əhəmiyyəti var və bu sazişlərə əsasən əmək haqlarının, minimum əmək haqqı məbləğinin, yaşayış minimumu məbləğinin, ehtiyac meyarı məbləğinin artırılması, əmək bazarının inkişafı, mövcud iş yerlərinin saxlanılması, yeni iş yerlərinin açılması, əmək şəraitinin yaxşılaşdırılması, sosial adaptasiyaya ehtiyacı olan təbəqələrin müdafiəsinin təşkil olunması, əhalinin məşğulluğunun təminatları, əmək hüquqlarının müdafiəsi, əməyin mühafizəsi və s. kimi məsələlər barədə tərəflər öhdəliklər qəbul edib həyata keçirməlidirlər.

Bundan əlavə, həmkarlar ittifaqları səlahiyyətləri daxilində qanunvericiliklə nəzərdə tutulan qaydada əmək, sosial və iqtisadi hüquqların və qanuni mənafelərin təmin edilməsində ictimai nəzarəti də həyata keçirirlər və bu ictimai nəzarətə mane olunması, Azərbaycan Respublikası qanunvericiliyinə əsasən qadağandır. Azərbaycan Respublikası ikinci dəfə müstəqillik hüququnu əldə etdikdən sonra, ictimai həyatın bütün sahələrində olduğu kimi, həmkarlar ittifaqlarının işində də xeyli də-yişikliklər baş verdi. Yəni, adı çəkilən bu qurumun da fəaliyyətində demokratik və aşkarlıq prinsipləri daha geniş tətbiq olunmağa başladı.

Bu gün tam əksəriyyətin həmkarlar ittifaqlarına böyük inamı, hədsiz etibarı var. Buna da əsas səbəb, adı çəkilən bu qurumun strukturlarında çoxsaylı peşəkar və savadlı kadrların çalışmalarıdır. Haqqında bəhs etdiyimiz Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Naftalan rayon Komitəsinin sədri Salehova Sucayyət Fəxrəddin qızı da, hal-hazırda bu sahədə xüsusi əmək fəaliyyəti ilə ad çıxaran vəzifə sahibidir. Əldə etdiyimiz məlumatlara görə o, ixtisasca texnik-texnoloq kitabxanaçıdır. Uzun illər ərzində bu sahədə əmək fəaliyyəti ilə məşğul olan və çalışdığı sahənin hər bir incəliyinə dərindən yiyələnən, mükəmməl idarəçilik bacarığı ilə əksər vəzifə sahiblərindən fərqlənən Sucayyət xanım, bu gün Naftalan rayonu ərazisində böyük nüfuz sahibi olan vəzifə sahibidir. Hazırda Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Naftalan rayon Komitəsinin 160 nəfər üzvünün olduğu bildirilir. Adı çəkilən bu quruma rəhbərlik edən Sucayyət xanım Salehova, elə bir xarakterik xüsusiyyətə, elə bir idarəçilik bacarığına malik olan vəzifə sahibidir ki, o, bu gün tabeçiliyində çalışan hər kəsi öz doğması hesab edir. Sözsüz ki, bu cür yanaşmanın varlığı, həm onun böyüklüyünu, həm də kamil bir şəxs olduğunu təsdiq edir. Əldə etdiyimiz müəyyən məlumatlara görə, bu xanımın tabeçiliyində çalışan işçilərdən biri hansısa problemlə üz-üzə qalarsa, o halda həmin şəxs çəkinmədən rəhbərliyə müraciət etmək qərarına gəlir. Əliaçıqlığı, yüksək insani keyfiyyətinin göstəriciləri ilə kollektiv arasında böyük nüfuz sahibi olan Sucayyət xanım Salehova, çox keçmir ki, həmin şəxsə dayaq durur, imkanı daxilində problemi aradan qaldırır. Bu kimi səbəblər üzündəndir ki, kollektiv üzvləri onu rəhbər şəxs kimi deyil, daha çox xeyriyyəçi qismində görürlər.

Digər tərəfdən, bu gün Naftalan rayon Komitəsinin rəhbərliyi haqda az-çox məlumatı olan hər kəs bilir ki, o, qəlbən xalqına bağlı olan, dövlətini sevən, ölkə rəhbəri cənab İlham Əliyevin yürütdüyü siyasəti müdafiə edən vəzifə sahibidir. Bəli, o, bu cür mövqeyini açıq-aşkar şəkildə ortaya qoyur və bunları əməli addımları ilə də sübuta yetirir. Məhz, bir rəhbər şəxs olaraq Sucayyət Salehovanın xidmətlərinin nəticəsidir ki, bu gün Naftalan rayon Komitəsində çalışan hər bir işçi öz həyatında komitənin diqqət və qayğısını hiss edir. Çünki, adı çəkilən bu xanımın böyük təşkilatçılıq bacarığı, zəngin iş təcrübəsi, hər bir şəxsə qarşı ortaya qoyduğu həssas münasibəti var. O, neçə illərdir ki, bu gərəkli işin və məsul vəzifənin öhdəsindən məharətlə gəlir. Hər bir işçinin istirahəti və digər həyati problemləri ilə bağlı məsələlərin həllinə diqqətlə yanaşır.

Fakt budur ki, Naftalan rayon Komitəsinin sədri Sucayyət Salehova bugünkü vəzifəsinə görə deyil, daha ictimai nüfuzunun varlığına görə tanınır. Bu kimi amillərin varlığı səbəbindən də, o, bir çox məsələ və problemlərin həlli zamanı dövlətimizin mövqeyini dəstəkləyir, yürüdülən dövlət siyasətinə lazımi dəstəyini də göstərir. Adicə bir faktı qeyd edək ki, Sucayyət Salehovanın koronovirus (COVİD-19) infeksiyasının yayılması səbəbindən, bu gün də öz nüfuzundan istifadə edir və sakinlər arasında maarifləndirici təbliğati işlərini də həyata keçirir. Belə ki, o, hər kəsin koronovirus infeksiyasından qorunması üçün “maska”dan, spirtdən, rezin əlcəkdən və digər qoruyucu vasitələrdən istifadə etmələrini məsləhət görür və bu yöndə lazımi məsləhətlərini də verir. Bugünkü gündə Naftalan rayon Komitəsinin rəhbərliyi tərəfindən belə bir addımların atılması, birbaşa cənab Prezidentin ölkə əhalisinin təhlükəsizliyinin təmin olunması yöndə etdiyi çağırışa verilən dəstək olur.

Yuxarıda qeyd etdiklərimizi vurğulamaqla belə bir qənaətə gəlmək olar ki, Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Naftalan rayon Komitəsinin sədri Sucayyət Salehova, hal-hazırda iş fəaliyyətini günün tələbləri səviyyəsində qurmağı bacaran, xalqımıza, dövlətimizə məxsus problemlərin həllinə çalışan, üzərinə düşən vəzifəsinin öhdəsindən layiqincə gəlməyi bacaran vəzifə sahibidir.

Hazırladı: Namiq Əmrahov






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31