sheffaf.az
sheffaf.az

Bəhram Bağırzadənin vəziyyəti ilə bağlı həkimdən AÇIQLAMA

17-07-2020, 11:14

Bəhram Bağırzadənin vəziyyəti ilə bağlı həkimdən AÇIQLAMA



“Bəhram Bağırzadənin ümumi vəziyyəti yaxşıdır”.

Bunu Oxu.Az-a açıqlamasında Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov deyib.

Həkimin sözlərinə görə, Əməkdar artist B.Bağırzadənin ümumi vəziyyətində müsbət dinamika davam edir:


“Hələ də reanimasiya şəraitində müalicəsi, reabilitasiyası davam edir. Vəziyyəti yaxşıdır, tənəffüsü normaldır”.

Qeyd edək ki, Əməkdar artist Bəhram Bağırzadənin vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.

Xəstənin ECMO cihazına qoşulmasına qərar verilib. İyulun 1-də Bəhram Bağırzadə ECMO cihazından ayrılıb.

Xatırladaq ki, Bəhram Bağırzadənin müalicəsi Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31