sheffaf.az
sheffaf.az

Həkim Bəhram Bağırzadənin vəziyyətindən danışdı

15-07-2020, 16:52

Həkim Bəhram Bağırzadənin vəziyyətindən danışdı
"Bəhram Bağırzadə son iki gündə süni tənəffüs aparatından tamamilə ayrılmış vəziyyətdədir. Bu gün üçün ümumi vəziyyəti qənaətbəxşdir”.

Bunu Oxu.Az-a açıqlamasında Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin "Elmi Təcrübi və Tədris Mərkəzi”nin rəisi Rəşad Mahmudov deyib.
Onun sözlərinə görə, Bəhram Bağırzadə ağır və çətin günləri yavaş-yavaş da olsa, geridə qoyub:

"Heç kəsin ümidi olmadığı halda, müalicə davam etdirildi. Müəyyən müddət ECMO cihazına qoşulu vəziyyətdə qaldı. İki gündür ki, süni tənəffüs aparatından da ayrılmış vəziyyətdə müalicəsinə davam edir.

Bəhram Bağırzadə realibitasiya prosesini keçir. Tibbi nöqteyi-nəzərdən zəruri olan göstəricilər tamamilə stabilləşdikdən sonra qısa müddətdə normal palataya köçürülməsi gözlənilir.

Analizlərin nəticələri əsasında deyə bilərəm ki, orqanizmin ümumi göstəriciləri norma çərçivəsindədir. O, artıq danışa bilir. Tam ayılandan sonra istədiyi kimi daha da rahat danışacaq. Lakin uzun müddət reanimasiyada, dərin koma vəziyyətində qaldığı üçün orqanizmin fiziki olaraq özünü bərpa etməsinə zaman tələb olunur. Ümid edirik ki, Bəhram Bağırzadə problemsiz şəkildə yaxın günlərdə sevdikləri ilə görüşə biləcək”.

Xatırladaq ki, əməkdar artist Bəhram Bağırzadənin vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci ildə Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Əməkdar artist B.Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31