sheffaf.az
sheffaf.az

Rusiya koronavirus dərmanının ixracına başladı

2-07-2020, 16:26

Rusiya koronavirus dərmanının ixracına başladı

Rusiya Birbaşa İnvestisiyalar Fondu (RDIF) və “HimRar” Şirkətlər Qrupu koronavirusun müalicəsində istifadə olunan “Avifavir” preparatının ixracına başlayıb.

Bu barədə RBİF açıqlama yayıb.

Bildirilib ki, mayın sonunda Rusiya Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənən və iyunun sonundan koronavirus xəstəxanalarına göndərilən dərmanı ilk olaraq Belarus alıb. Qazaxıstana isə tədarükün yaxın zamanda reallaşdırılaması planlaşdırılır.
İyun ayında “HimRar” ilə birlikdə 60 minlik hədəfi aşaraq 100 min qutu dərman istehsal edən fond növbəti 1 ay ərzində də eyni miqdarda istehsalı həyata keçirəcək.
Açıqlamada qeyd olunub ki, dərmanla Latın Amerikası, Müstəqil Dövlətlər Birliyi və Yaxın Şərq ölkələri maraqlanır.
Qeyd edək ki, “Avifavir” dünyada koronavirusa qarşı istehsal edilmiş və təsdiqini tapmış dərmanlardan biridir və kliniki testlərdə effektivliyini sübut edib.
Rusiyada son 24 saatda 6 min 760 nəfər koronavirusa yoluxub, 147 nəfər ölüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31