sheffaf.az
sheffaf.az

Postlar yığışdırıldı: Maşındakı sərnişinlərə nəzarət necə həyata keçiriləcək? - RƏSMİ AÇIQLAMA

2-07-2020, 12:28

Postlar yığışdırıldı: Maşındakı sərnişinlərə nəzarət necə həyata keçiriləcək? - RƏSMİ AÇIQLAMA
Bu gündən ölkəmizdə tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar Bakı şəhərinin giriş və çıxışları istisna olmaqla, küçə və prospektlərdə quraşdırılmış polis postları ləğv edilib.

Postların ləğvi bir sıra müzakirələrə səbəb olub.

Misal üçün, hərəkət icazəsi olan şəxsin maşınında olan sərnişinlərin və taksidə olan şəxslərin icazə alıb-almaması necə müəyyən olunacaq?

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Oxu.Az-a açıqlamasında bildirib ki, konkret olaraq kim karantin qaydalarını pozubsa, həmin şəxs barəsində tədbir görüləcək:

“Hər şey qanunvericilik çərçivəsində olacaq. Kim tələbləri pozubsa, barəsində tədbir görüləcək.

Bu gün tələb odur ki, hər kəs elan edilən karantin rejimi qaydalarına əməl etsin. Postların yığışdırılması karantin rejiminin nə yumşaldılması, nə də ləğv edilməsi deyil”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31