sheffaf.az
sheffaf.az

“Paşinyan Azərbaycana mesaj verir ki, istənilən vaxt hücuma keçə bilərsiz...”

23-05-2019, 10:30

“Baş nazirdən savayı müharibənin başlamasına oynayan başqa bir güc görmürəm...”

“Paşinyan Azərbaycana mesaj verir ki,  istənilən vaxt hücuma keçə bilərsiz...”

Son günlər Ermənistan ictimai-siyasi dairələrində, KİV-də, xüsusən Rusiyameylli nəşrlərdə hazırkı baş nazir Nikol Paşinyana qarşı ciddi basqı var. Onu işğalçı ölkə hakimiyyətini sarsıtmaqda, Dağlıq Qarabağda vəziyyəti gərginləşdirməkdə, birinci prezident L.Ter-Petrosyanın siyasi xəttinə və göstərişlərinə uyğun olaraq Qarabağı Azərbaycana təslim etmək cəhdlərində suçlayırlar.

Moderator.az xəbər verir ki, qatı anti-türk mövqeləri ilə seçilən politoloq, Ermənistan Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Qrant Melik Şahnazaryan yerli saytlardan birinə müsahibəsində Paşinyan barədə bunları deyib:

"Əgər Nikol Paşinyan hansısa pərdəarxası qüvvələrin sonradan məğlubiyyətin günahını Ermənistan hakimiyyətinin üzərinə qoymaq məqsədilə Qarabağa qarşı müharibə törətməyə çalışdıqlarını yenidən bəyan edirsə, o ya yalan danışır, yaxud da özünün haqqında danışdığı bu təhlükələrə qarşı cinayətkarcasına laqeydlik nümayiş etdirir. Mən ilk varianta üstünlük verirəm, çünki iki erməni dövlətində Paşinyandan savayı müharibənin başlamasına oynayan başqa bir güc görmürəm. Təəssüf ki, bu işlə məşğul olan, Ermənistanda müharibəni qızışdıranları axtararkən Azərbaycana rahat hücum edə bilməsi üçün açıq bir mesaj verən ölkə başçısı- Paşinyanın özüdür..."






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930