sheffaf.az
sheffaf.az

Trampa çağırış: ABŞ qaranlığa qərq olacaq...

15-05-2020, 08:39

Trampa çağırış: ABŞ qaranlığa qərq olacaq...

Koronavirus pandemiyası ilə bağlı payıza qədər milli plan yaradılmasa, ABŞ modern tarixinin ən qaranlıq qışını yaşayacaq.

Axar.az xəbər verir ki, bu sözləri amerikalı məşhur həkim Rik Brayt deyib.

O, Tramp administrasiyasının pandemiya ilə mübarizədə uğursuz olduğunu bildirib:

“Dünyanın ən yaxşı elm adamlarına sahibik. Bu prosesi idarə etməyimizə icazə verin. Cəzalanma qorxusu olmadan danışmalıyıq. Elmə söykənən milli və koordinasiyalı plan yaratmasaq, epidemiya daha da uzanacaq və bənzəri görünməyən xəstəliklərə, ölümlərə səbəb olacaq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031