sheffaf.az
sheffaf.az

Ağsuda sel səbəbindən beş kəndlə əlaqə kəsildi

15-05-2020, 08:22


Ağsuda sel səbəbindən beş kəndlə əlaqə kəsildi

Ağsu rayonuna yağan leysan və dolu bir sıra fəsadlar törədib.



“Report”un Yuxarı Şirvan bürosunun məlumatına görə, axşam saatlarında rayonun dağlıq kəndlərinə əvvəlcə leysan, sonra dolu yağıb.

Yağıntı rayonun Xatman, Dilman, Hacımən, Kalva və Suraxanı kəndlərində bir çox fəsadlar törədib. Selin dağlardan gətirdiyi daş və qaya parçaları kəndlərə gedən yolların bağlanmasına səbəb olub. Qeyd edilir ki, minik maşınlarının kəndlərə gediş-gəlişi çətinləşib.


Xatman kənd sakinlərin verdiyi məlumata görə, 20 dəqiqə davam edən dolu bəzi yerlərdə taxıl sahələrinə ciddi ziyan vurub.

Elektrik enerjisinin verilişində fasilələr yaransa da, problem qısa müddətdə aradan qaldırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031