sheffaf.az
sheffaf.az

158 170 nəfərin evdən çıxma icazəsi təsdiqləndi

4-04-2020, 11:00

158 170 nəfərin evdən çıxma icazəsi təsdiqləndi


Xüsusi karantin rejimində hərəkətinə icazə verilməsi üçün "icaze.e-gov.az” portalı vasitəsilə qeydiyyatdan keçən dövlət qurumları və özəl təşkilatların əməkdaşlarının sayı açıqlanıb.

Qaynarinfo Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə istinadən xəbər verir ki, müraciətlərin qəbulu başlayandan indiyədək 158 170 nəfərin icazəsi təsdiqlənib.
Məlumata görə, sistemin fəaliyyətə başladığı ilk gündə icazəsi təsdiqlənən həmin şəxslər 11 986 qurumu təmsil edib.

Qeyd edək ki, əməkdaşlar üçün icazənin alınmasına görə dövlət və özəl təşkilatlar tərəfindən icaze.e-gov.az portalı üzərindən müraciətlərin qəbuluna aprelin 3-də 10:00-dan başlanılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031