sheffaf.az
sheffaf.az

ABŞ-da koronavirusa yoluxanların sayı 255 min nəfəri ötdü

4-04-2020, 10:37

ABŞ-da koronavirusa yoluxanların sayı 255 min nəfəri ötdü


ABŞ-da koronavirusa yoluxanların sayı artıb.

Sheffaf.az Report-a istinadən xəbər verir ki, bu barədə yerli və federal hakimiyyət oranlarının statistikası əsasında hesablamalar aparan Con Hopkins Universiteti məlumat yayıb.
Məlumata görə, ölkədə koronavirusa yoluxanların sayı 257 min nəfərdən çoxdur. Birləşmiş Ştatlarda 6,5 min nəfər COVID-19 infeksiyasının qurbanı olub, 9,3 min xəstə sağalıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 204 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 067 324-ə çatıb. Bunların 226 038 nəfəri sağalıb, 56 729 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031