sheffaf.az
sheffaf.az

Teatr Xadimləri İttifaqı Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb

25-03-2020, 15:49

Teatr Xadimləri İttifaqı Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb


Azərbaycan Teatr Xadimləri İttifaqı Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb.

Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azər Paşa Nemətov AZƏRTAC-a bildirib ki, ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində səhiyyə tədbirlərinin həyata keçirilməsi məqsədilə Prezident İlham Əliyevin müvafiq Fərmanına əsasən yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna bu gün ianə edilib.

Azər Paşa Nemətov teatr ictimaiyyəti və rəhbərlik etdiyi kollektivin üzvləri adından koronovirus pandemiyasından əziyyət çəkən insanlara şəfa diləyib, Azərbaycan vətəndaşlarının sağlam gələcəyi uğrunda virusla mübarizədə öz töhfəsini verən bütün insanlara təşəkkürünü bildirib: “Azərbaycan dövləti koronovirus pandemiyasının qarşısının alınması istiqamətində çox vacib və faydalı addımlar atıb, tədbirlər həyata keçirib. Dövlətimizin başçısının fərmanı ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fondu bunun ən böyük bariz nümunələrindən biridir. Ölkəmizin Prezidenti və Birinci vitse-prezidentimiz böyük nümunə göstərərək bir illik əmək haqlarını bu fonda ianə etdilər. Biz də dəstək göstərməyi özümüzə borc bildik. Səhiyyə işçilərimiz, eyni zamanda digər əlaqədar qurumlar çox böyük fədakarlıqla bu pandemiyaya qarşı mübarizə aparırlar. Onların hər birinə öz minnətdarlığımızı bildiririk. İnanıram ki, bu xəstəlik tezliklə ölkəmizdən çəkilib gedəcək və həyatımız yenə öz məcrasına qayıdacaq, insanlar sağlam, xoşbəxt və qayğısız yaşayacaqlar”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930