sheffaf.az
sheffaf.az

İqtisadiyyat naziri: "İşçilərin sosial müdafiəsi təmin ediləcək"

23-03-2020, 19:18

İqtisadiyyat naziri: "İşçilərin sosial müdafiəsi təmin ediləcək"
"İş yerlərinin və məşğulluğun qorunması dövlətin diqqət mərkəzindədir, işçilərin hüquqları və sosial müdafiəsi təmin ediləcək”.

APA-nın məlumatına görə, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

M.Cabbarov işəgötürənlərə müraciət edərək, onları müvəqqəti çətinliklər fonunda işçilərin ixtisarı və ya işdən çıxarılması hallarına yol verməməyə, sosial məsuliyyət prinsiplərinə sadiq qalmağa çağırıb: “Əks təqdirdə, hökumət həmin sahibkarlara münasibətdə ciddi tədbirlər görəcək”.

İqtisadiyyat naziri ölkənin gündəlik tələbat malları ilə təminatı sahəsində hər hansı çətinliyin olmadığını, hökumətin iri təchizatçılarla sıx şəkildə işlədiyini, ölkənin tələbatları üçün zəruri həcmdə ehtiyatların formalaşdırıldığını və daxili bazarın lazımi məhsullarla tam təmin edildiyini bir daha diqqətə çatdırıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930