sheffaf.az
sheffaf.az

Şəhidlər Xiyabanında məzarların qarşısı ağaclarla kəsilib? - VİDEO

23-03-2020, 15:31

Şəhidlər Xiyabanında məzarların qarşısı ağaclarla kəsilib? - VİDEO


“Sözügedən ağaclar Şəhidlər Xiyabanında 8-10 il bundan öncə əkilib və onlara mütəmadi qulluq olunur”.

Bunu Oxu.Az-a Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov sosial şəbəkədə Şəhidlər Xiyabanından paylaşılan videogörüntülərə münasibət bildirərkən deyib.

O bildirib ki, Şəhidlər Xiyabanının ərazisi genişdir:


“Şəhidlər Xiyabanı bir neçə hissədən ibarətdir. Həmin hissələri yaşıllıqlarla ayıraraq, canlı çəpər yaratmışıq. Ərazidə dekorativ ağaclardan istifadə olunub. Qeyd edim ki, həmin ağaclar 8-10 il bundan əvvəl Xiyabanın layihəsinə uyğun şəkildə əkilib. Təəssüf edirəm ki, bəzi vətəndaşlar 10 il bundan əvvəl görülən işi indi görür və maraqlanırlar.

Ərazidə yaradılan yaşıllıqlar Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin mütəxəssisləri tərəfindən mütəmadi olaraq nəzarətdə saxlanılır”.

Xatırladaq ki, sosial şəbəkədə Şəhidlər Xiyabanında şam ağaclarının əkildiyinə dair video yayılıb. Videoda əkilən ağacların şəhid məzarlarının qarşısını kəsməsinə etiraz edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930