sheffaf.az
sheffaf.az

Yeltsinin şəxsi fotoqrafı onun “iztirablı” FOTOSUNUN sirrini açıb

21-03-2020, 12:40

Yeltsinin şəxsi fotoqrafı onun “iztirablı” FOTOSUNUN sirrini açıb



Boris Yeltsinin şəxsi fotoqrafı Dmitri Donskoy Rusiyanın ilk prezidentinin Çeçenistanda “iztirablı” fotosunun sirrini açıb.
Lenta.ru-nun məlumatına görə, bu barədə fotoqraf-jurnalist özünün “Telegram” kanalında xəbər verib.
“Çeçenistanda bir kənddə tankın üstünə çıxdım. Güclü obyektiv götürdüm, Babaya yönəltdim. O, əsgərlərlə danışırdı. Görürəm ki, Babanın üzünə yekə bir ağcaqanad qonub, …onun qanını içir. Baba reaksiya vermir. Düşünürəm ki, görəsən onu nə vaxt vuracaq? Sonra əlinin kölgəsini gördüm, dərhal düyməyə basdım! Effekti isə belə oldu – qoşunlar Çeçenistanı tərk edərkən Yeltsin “iztirab çəkir”, ovucu ilə üzünü örtür”, - deyə o bildirib.
Donskoy əvvəlcə bu şəkildə elə bir potensial görmədiyini vurğulayıb: “Seryoja Quneyev (fotoqraf) şəkli görüb əlləri ilə başını tutdu: “Sən axmaqsan? Dərhal müsabiqəyə göndər!” Mən rədd etdim: “Yaxşı görək...” Beləliklə, o özü kəsdi, rəsmiləşdirdi, göndərdi. Mənə bir medal və 11 min dollar (18700 AZN) gətirdi”, - deyə fotoqraf bildirib.

Yeltsinin şəxsi fotoqrafı onun “iztirablı” FOTOSUNUN sirrini açıb






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930