sheffaf.az
sheffaf.az

Neft 24 dollara düşdü

19-03-2020, 09:42

Neft 24 dollara düşdü

Səudiyyə Ərəbistanının neft bazarına müdaxiləsi kəskin qiymət dəyişiminə səbəb olub. Bu təbii sərvət dayanmadan dəyər itirir.
Bizimyol.info xəbər verir ki, "Brent” markalı neftin bir barelinin qiyməti 24 dollara düşüb. Halbuki günün əvvəlində 28 göstəricisi qeydə alınmışdı.
Neft axırıncı dəfə 2002-ci ildə belə aşağı dəyərə sahib olmuşdu.
Neftin qiyməti martın 6-da Səudiyyə Ərəbistanı ilə Rusiyanın hasilatla bağlı ortaq məxrəcə gələ bilməməsindən sonra düşməyə başlamışdı. Ərəblər görüşdən dərhal sonra hasilatı artırmaq qərarı vermişdi. Mart üçün gündəlik 9,7 milyon barel limiti müəyyənləşdirilib. Səudiyyə Ərəbistanı apreldə hasilatı 13 milyon barelə qaldıracağını açıqlayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031