sheffaf.az
sheffaf.az

BƏƏ-dən neft istehsalı ilə bağlı QƏRAR - Səudiyyə Ərəbistanı ilə birlikdə...

11-03-2020, 18:21

BƏƏ-dən neft istehsalı ilə bağlı QƏRAR - Səudiyyə Ərəbistanı ilə birlikdə...

Birləşmiş Ərəb Əmirlikəri xam neft istehsalı potensialını aprel ayından etibarən artıracaq.

Publika.az xəbər verir ki, BƏƏ gündəlik istehsal həcmini 3 milyondan 4 milyon barelə qaldırmaq niyyətindədir.
BƏƏ-nin milli neft şirkəti ADNOC-dan verilən açıqlamada rəqəmin 5 milyona qaldırılması üçün planlar qurulduğu bildirilib.
Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) “Neft bazarı hesabatı”na görə, BƏƏ-nin gündəlik neft istehsalı yanvar ayında 3,03 milyon barel olub.
Ölkənin gündəlik xam neft istehsalının aprel ayından etibarən 1 milyon barel artması ilə planlaşdırılan potensial hədəfə çatılması təqdirində, 2 milyon barellik artım gerçəkləşməsi gözlənilir.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı milli neft şirkəti olan “Saudi Aramco”ya gündəlik xam neft istehsalının həcminin 1 milyon barelə yüksəldilməsi üçün təlimat verib. Beləliklə, dünyanın ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanının gündəlik xam neft istehsalının 9,7 milyon bareldən 13 milyona çatdırılması ehtimalı gündəmə gəlmişdi.
BƏƏ-nin də üzvü olduğu Səudiyyə Ərəbistanı liderliyindəki OPEC ilə Rusiyanın liderlik etdiyi OPEC-dən kənar ölkələr qrupu (OPEC+) 6 martda keçirilən toplantıda neft istehsalında azalma qərarı verməmiş, bununla da neft qiymətində kəskin ucuzlaşma olmuşdu.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031