sheffaf.az
sheffaf.az

Türkiyədə benzin və dizel ucuzlaşdı

10-03-2020, 18:15

Türkiyədə benzin və dizel ucuzlaşdı

Neftin qiymətinin 30 dollara enməsi neft idxalçısı olan Türkiyədə müsbət qarşılanıb.

Sheffaf.az BAKU.WS-ə istinadən xəbər verir ki, büdcəyə 10 milyard dollara yaxın qənaət edəcək Türkiyə bunu daxili bazara yönləndirəcək.

Belə ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan daxili bazarda satılan benzin və dizelin bu gecədən etibarən ucuzlaşacağını açıqlayıb.
Benzin 0,60 lirə (17 qəpik), dizel isə 0,55 lirə (15 qəpik) ucuzlaşacaq.

Qeyd edək ki, hazırda İstanbulda benzin 6,63 lirə (1,84 AZN), dizel isə 6,27 lirədir (1,74 AZN).

Ankara və İzmirdə isə benzin 6,71 lirə (1,86 AZN), dizel isə 6,34 lirədir (1,76 AZN).






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031