sheffaf.az
sheffaf.az

8 Martda Qadınların 100 faiz bəyənəcəyi səkkiz HƏDİYYƏ

3-03-2020, 10:19

8 Martda Qadınların 100 faiz bəyənəcəyi səkkiz HƏDİYYƏ

“Bunu keçən il almışam”, “Bu, özündə var”, “Elə şey olsun ki, istifadə eləsin”, “Bunu hamı alar da” kimi cümlələrin ən məşhur olduğu gün gəlir! 8 Mart – Beynəlxalq Qadınlar üçün hədiyyə seçmə günü!
Əgər siz də 8 Mart Qadınlar Gününə dəyərli və lazımlı hədiyyə axtarışındasınızsa, bu məqalə ilə kontaktda qalmağa davam edin. Çünki sizin üçün “Kontakt Home”dan ala biləcəyiniz səkkiz xüsusi hədiyyə seçmişik!
1. Kapsul Kofe maşını

Daha ətraflı
Kofenizi də götürün, başlayaq. Kofe demiş, deyirlər, kofe insana yeni fikirlər verir. Sadəcə içəndə yox, həm də hədiyyə axtarışında! Şəhərin hər küncündə kofeşopların açıldığı, çayın taxtını yavaş-yavaş kofeyə verdiyi bir zamanda sizin xanımınız da evini kofeşopa çevirə bilər. Burada sizdən bircə şey tələb olunur. O da kapsul kofe maşını hədiyyə etməkdir. Bu cür müasir və modern seçim sizin necə ayıq-sayıq olduğunuzu göstərəcək! Kofe içmədən belə...
Altı ayda, aylıq cəmi 40 manat ödəməklə İtaliya markalı kofe maşınlarını əldə etmək üçün bu keçid linkindən istifadə edin.
2. Casio saatları

Daha bir məsləhətimiz var... Onlara zaman ayırın. Hədiyyə almaq vaxtı gəlib çatdısa, çox vaxt itirmədən, çox zaman keçirmədən Casio saatlarına istiqamətlənin! Casio-nun bütün xanımlara özəl modelləri var - gənclər üçün rəngarəng, iş xanımları üçün daha ciddi tərzdə seçimlər.
Hədiyyə axtarışında zaman əleyhinizə işləyirdisə, Casio-dan sonra vaxt artıq sizə işləyəcək!
Deməzsiniz saat neçəyədir? Deyərik. Elə bu saat cəmi 49 AZN-dən başlayaraq müxtəlif Casio saatlarını əldə etmək üçün sayta keçid edin. 12 aylıq faizsiz taksit imkanları da var!
3. Samsung Galaxy Note 10 Lite

Smartfon – heç vaxt köhnəlməyən hədiyyə fikri! Çünki smartfonlar da yenilənir və ən yeni Samsung Galaxy Note 10 Lite əldə etmək, düşünürük ki, kişili-qadınlı hər kəsin arzusudur. Əsasən də qələmlə qeydlər aparmağa və smartfonda rəsm çəkməyi sevənlərə. Bu 10 onluq ola bilər!
Təbii ki, qiymətlər də uyğundur. 18 ayda aylıq cəmi 60 manat! Bu arada hədiyyə kimi qırmızısı məsləhətdir.
4. Fen

Qadın üçün əsas nədir? Siz? Yox, daha əsası var. Saçları! Saçlar üçün isə əsas olan fendir. Fen hədiyyə olaraq hər zaman əla seçimdir! Qısa zamanda gözəl saçdüzümü əldə etmələri üçün onlara çoxfunksiyalı fen hədiyyə edə bilərsiniz. Qısa zamanla bağlı çox da əmin deyilik...
Bu fen ilkin ödənişsiz, ayda cəmi 6.7 manat ödəməklə sizin hədiyyənizə çevrilə bilər. Amma bundan sonra saçındakı dəyişiklikləri hiss etməyi unutmayın...
5. Qabyuyan Electrolux

Analarımızın “Ay bala nəyə lazımdır?” deyib daha sonradan ayrıla bilmədiyi bir ev əşyası var – Qabyuyan! Analar və əslində bütün qadınlar üçün əsl köməkçi olan bu kəşfi siz də hədiyyə olaraq yenidən kəşf edə bilərsiniz!
Həm də 18 ayda, aylıq cəmi 58.9 manat ödəməklə. “Ay bala nə lazımlı şeydir bu!”
6. Hamam xalatı

Bir xalatın sirri! Nədədir? Əla hədiyyə seçimi olmasında. Sadə, zövqlü və yumşaq olmasında! 100% pambıqdan olan bu hədiyyələr hədiyyə etdiyiniz xanımı da sizə qarşı 100% pambıq kimi yumşaq edəcək!
Yumşaq desək, bu gözəl hədiyyəni isə 72 manata əldə edə bilərsiniz!
7. Samsung Planşet

Hələ son deyil! Bu siyahının hələ bir neçə seriyası da var. Seriya demiş ətrafınızda serial sevən qadın varsa, sizə maraqlı təklifimiz var. Samsung markalı planşet və reklamsız seriallar.
Düşünürük ki, film həvəskarı üçün daha yaxşı ssenari ola bilməz!
Samsung Planşeti isə 6 aylıq taksitlə ayda cəmi 86 manata əldə etmək mümkündür. Filmin sonu!
8. JBL qulaqlıq

Siz bizə qulaq asın, o isə keyfiyyətli musiqiyə! Hədiyyə aldığınız xanım bu hədiyyəni görəndə qulaqlarına inanmayacaq. Çünki JBL qulaqlıqlarda musiqi tamam başqa cür səslənir. Həm yaxşı marka, həm yüksək keyfiyyət və həm də çox yaxşı rəng seçimi!
JBL qulaqlıq cəmi 59,99 manata sizi gözləyir! Çox yaxşı səslənir, yox?
Bəlkə də, linklərə keçid alarkən daha yaxşı hədiyyəylə rastlaşdınız? O zaman *6060, kontakt.az və ya sosial şəbəkələrdən bizimlə əlaqəyə keçin. Necə deyərlər Kontaktda qalın!






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031