sheffaf.az
sheffaf.az

Məşhur aktyor Bred Pitt “Oskar” mükafatı alıb

10-02-2020, 09:24

Məşhur aktyor Bred Pitt “Oskar” mükafatı alıb

Məşhur aktyor Bred Pitt Amerika Kino Sənəti Akademiyasının “Oskar” mükafatını alıb.

AZƏRTAC RİA Novostiyə istinadla xəbər verir ki, bu nüfuzlu mükafata aktyor “Bir dəfə Hollivudda” filmindəki ikinci roluna görə layiq görülüb.

Mükafatın 92-ci təqdimetmə mərasimi Los-Ancelesin “Dolbi” teatrında keçirilib.

İkinci rola görə mükafata layiq görülənlər arasında, həmçinin Tom Henks (“Qonşuluq üzrə çox gözəl gün”), Al Paçino (“İrlandiyalı”), Co Peşi (“İrlandiyalı”) və Entoni Xopkins (“İki ata”) də var.

Xatırladaq ki, rejissor Kventin Tarantinonun “Bir dəfə Hollivudda” filmi ən çox məşhurun bir arada olduğu ekran işidir. Burada Leonardo di Kaprio, Bred Pitt, Marqo Robbi, Al Paçino və Kurt Rassel kimi dünya şöhrətli sənətçilər yer alıb.

Filmdə hadisələr 1969-cu ilin yayında cərəyan edir. Məşhur bir serialda oynayan kişi aktyor film sektoruna girmək istəyir. Aktyorun yaxın dostu və dublyoru da eyni niyyətdədir. Ekran işində arxa planda qalan hekayə isə Çarlz Menson və dörd dostunun müridləri tərəfindən qorxunc şəkildə öldürülməsidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031