sheffaf.az
sheffaf.az

Şair Səlim Babullaoğlunun yaradıcılığı barədə tədqiqat əsəri nəşr edilib

8-02-2020, 13:46

Şair Səlim Babullaoğlunun yaradıcılığı barədə tədqiqat əsəri nəşr edilib

Filologiya elmləri doktoru, professor Cavanşir Yusiflinin Səlim Babullaoğlunun poetik mətnləri barədə filoloji qeydlər və söhbətlərdən ibarət irihəcmli “Sözdən əşyaya” adlı tədqiqat əsəri nəşr olunub.

AZƏRTAC xəbər verir ki, nəfis şəkildə dərc edilən kitabda çağdaş Azərbaycan poeziyasının öncüllərindən olan şair Səlim Babullaoğlunun poetik yaradıcılığı araşdırılır, onun yaratdığı bədii mətnlər dünya şeirindən maraqlı və əhəmiyyətli bədii nümunələrlə qarşılaşdırılaraq təhlil edilir.
Esse, tənqidi məqalə, araşdırmanın kəsişməsində maraqlı filoloji baxışla və müvafiq dillə yazılan bu kitab professor Cavanşir Yusiflinin filologiya üzrə fəlsəfə doktoru Samirə Məmmədova və şair, esseist Qismət Rüstəmovla şairin yaradıcılığı ilə bağlı müxtəlif vaxtlarda elədikləri təhlili söhbətlərlə tamamlanır.

Qeyd edək ki, kitab Azərbaycan Kitabının Təbliği Assosiasiyasının dəstəyi ilə çapa hazırlanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031