sheffaf.az
sheffaf.az

"Azərbaycanda koronavirusa yoluxma riski var" - RƏSMİ

24-01-2020, 14:46

"Azərbaycanda koronavirusa yoluxma riski var" - RƏSMİ

"Çindən ölkəmizə gələnləri mütləq yoxlamaq lazımdır”



“Çindən Azərbaycana gələnlər mütləq hava limanında koronavirusla bağlı yoxlamadan keçirilməlidirlər”.



AYNA xəbər verir ki, bunu “Report”a açıqlamasında Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib.



Onun sözlərinə görə, Çinə gedən Azərbaycan vətəndaşları da ehtiyatlı olmalı, özlərini qorumalıdırlar: “Azərbaycanda koronavirusa yoluxma riski var. Çünki Azərbaycanla Çin arasında sıx gediş-gəliş mövcuddur. Çindən ölkəmizə gələnləri mütləq yoxlamaq lazımdır”.



Qeyd edək ki, Çinin Vuhan şəhərində ortaya çıxan koronavirusa yoluxanların sayı 830-u ötüb, ölənlərin sayı isə 26-ya çatıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829